Bu ilin əvvəlindən etibarən Azərbaycanda artıq üç meyit donordan orqan transplantasiyası uğurla həyata keçirilib. Bu əməliyyatların ölkəmizdə reallaşdırılması yüzlərlə xəstə üçün yeni həyat ümididir və Azərbaycan səhiyyəsinin böyük uğuru kimi qiymətləndirilir.
Azmedinfo.az xəbər verir ki, həmin uğurlu əməliyyatlardan biri 36 yaşlı Babək Şəmilovun həyatını xilas edib. Bərdə rayonunun Böyük Qacar kəndində doğulub boya-başa çatan Babək uzun illər televiziya kanallarında operator kimi çalışıb. Lakin yeddi il əvvəl onda ağır qaraciyər xəstəliyi aşkarlanıb və bu səbəbdən peşə fəaliyyətini dayandırmalı olub.
“İlk illər müalicə olundum, amma nəticə vermədi. Həkimlər çıxış yolunun yalnız transplantasiya olduğunu dedilər. Mən uzun illər donor axtarışında oldum. Valideynlərim və qardaşım qaraciyərlərini bağışlamaq istəsələr də, heç birinin orqanı uyğun gəlmədi”, – deyə xatırlayır.
Nəhayət, gözlənilən xəbər gəldi – meyit donordan uyğun qaraciyər tapıldı. “Adətən Biləcəridən hospitala 40-50 dəqiqəyə çatırdıq, amma o gün sanki bütün yollar açıldı – cəmi 15 dəqiqəyə xəstəxanada idik,” – deyir Babək.
Əməliyyatı cərrah-transplantoloq Mircəlal Kazımi uğurla həyata keçirib. Bu əməliyyat Babək üçün yeni bir həyatın başlanğıcı olub. “Bu, mənim ikinci doğum günümdür,” – deyir o.
Əməliyyatdan sonra Babək ən çox donorun bağışladığı ümid barədə düşünür: “Mən o insana hər gün dua edirəm. Düşünürəm ki, o, tam ölməyib – bir parçası mənimlə yaşayır.”
Babək transplantasiyanın reallaşmasında əməyi olanlara da minnətdarlıq edir: “Səhiyyə Nazirliyinə, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə, Mərkəzin rəhbəri Yeganə Abbasovaya, eləcə də əməliyyatımı uğurla həyata keçirən cərrah Mircəlal Kazımiyə təşəkkürümü bildirirəm. Onların dəstəyi olmasaydı, bu gün həyatda olmazdım.”
Yenidən həyata qayıdan Babək Şəmilov orqan donorluğunun əhəmiyyətini cəmiyyətə çatdırmağı vacib hesab edir: “Ölümündən sonra hansısa orqanın bir xəstəyə həyat verəcəksə, bundan gözəl nə ola bilər? Sənin gözlərinlə kimsə bu dünyaya baxacaqsa, bundan böyük xeyirxahlıq varmı? Gəlin, sağ ikən orqanlarımızı bağışlayaq ki, başqaları yaşasın.”
Əməliyyatdan sonra onun həyata baxışı dəyişib, insanlara sevgi və mərhəməti daha da artıb: “İstəməzdim ki, mənim çəkdiyim ağrı-acını başqa xəstələr də yaşasın. Ölümdən sonra mən də orqanlarımı bağışlamağa hazıram,” – deyir.
Azərbaycanda meyit donordan orqan transplantasiyasının uğurla həyata keçirilməsi həm tibb elminin, həm də humanizmin böyük nailiyyətidir. Hər bağışlanan orqan – bir həyat, bir ailənin sevinci, bir uşağın ata-anadan yetim qalmaması deməkdir. Cəmiyyətin hər bir üzvü bu xeyirxah missiyanın vacibliyini dərk etməli və orqan donorluğuna dəstək verməlidir.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026786
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026754
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654