Müasir oftalmologiyada gözün torlu qişası və şüşəyəbənzər cismi ilə bağlı xəstəliklərin müalicəsində ən effektiv müalicə üsullarından biri sayılan vitrektomiya əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır. Vitrektomiya şüşəyəbənzər cismin qismən və ya tam çıxarılmasını nəzərdə tutan cərrahi əməliyyatdır. Bu cərrahi müdaxilə ilə pasiyentlərin görmə qabiliyyətləri bərpa oluna və ya onun pisləşməsinin qarşısı alına bilir.
Azmedinfo.az-a verilən məlumata əsasən cari ilin ilk altı ayı ərzində icbari tibbi sığorta hesabına 700-dən çox vitrektomiya əməliyyatı icra olunub.
Görmənin kəskin pisləşməsi, görmə sahəsinin daralması, göz önündə pərdə, qara nöqtə, kölgə və ya qığılcımların görünməsi, gözlərin travmatizasiyası hallarında dərhal həkim-oftalmoloqa müraciət etmək tövsiyə olunur. Oftalmoloji müayinələr gözün arxa seqmentində – tor qişada və şüşəyəbənzər cismin daxilində olan patologiyaları müəyyən etməyə imkan verir. İcbari tibbi sığorta ilə qarşılanan bu müayinələrə oftalmoskopiya, optik koherent tomoqrafiya (OCT - infraqırmızı işıq şüası ilə göz toxumasının skan edilməsi, başqa sözlə qeyri-invaziv görüntüləməsi), göz almasının ultrasəs müayinəsi, gözün angiografiyası və görmə itiliyi testləri daxildir. Bu diaqnostik metodlar nəticəsində tor qişa qopmaları, hemoftalm (intravitreal qanaxmalar), şəkərli diabet fonunda yaranan retinopatiyalar, makulyar yırtıq, epiretinal fibroz, göz travmaları və digər patologiyalar aşkarlanarsa vitrektomiya əməliyyatı tövsiyə olunur.
Əməliyyat mikroinvaziv üsullarla, adətən lokal anesteziya altında icra olunur. Əməliyyatın müddəti əsas xəstəlikdən, yanaşı oftalmoloji patologiyanın mövcudluğundan asılıdır və orta hesabla 1 saatdan 3 saata qədərdir. Əməliyyat zamanı şüşəyəbənzər cisim çıxarılır, yaranmış boşluğa xüsusi balanslaşdırılmış duz məhlulları, süni polimerlər: silikon yağı və ya qaz daxil edilir. Bu maddələr göz boşluğunda genişlənərək torlu qişanın normal vəziyyətinin bərpasına və yerində saxlanmasına kömək edir. Qeyd edək ki, stasionar xidmət zamanı dərman və tibbi sərfiyyat da icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Vitrektomiya sonrası pasiyentlər qısa müddət ərzində normal həyat tərzinə qayıda bilirlər.
İcbari tibbi sığorta hesabına vitrektomiya əməliyyatı tibbi göstəriş və həkim təyinatı əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) göndərişlə icra olunur.
Müvafiq tibbi xidmətin göstərildiyi tibb müəssisələrinin siyahısı ilə "Tibb müəssisələrinin axtarışı" funksiyasından istifadə etməklə tanış ola bilərsiniz.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654