Yeni Klinika "Kiçik ürəklərin böyük ümidləri naminə" şüarı ilə seminara ev sahibliyi etdi
19 Sentyabr 2025
432
TƏBİB-in təşkilatçılığı ilə Yeni Klinikada “Neonatal xidmətdə yeni çağırışlar” adlı seminar keçirilib.
Azmedinfo.az xəbər verir ki, “Kiçik ürəklərin böyük ümidləri naminə!” şüarı ilə baş tutan tədbirdə doğuşayardım xidməti göstərən tibb müəssisələrində neonatal xidmətə cavabdeh şəxslər iştirak edib.
TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin Ana və uşaq sağlamlığı şöbəsinin Doğuşayardım Komissiyası ilə birgə keçirdiyi seminara qurumun İcraçı direktorunun müavini Anar İsrafilov sədrlik edib.
Açılış nitqi ilə çıxış edən A.İsrafilov ana və uşaq ölümü göstəricilərinin səhiyyənin prioritet istiqamətlərində biri olduğunu bildirib və sahə üzrə qüsurların aradan qaldırılması, təxirəsalınmaz addımların atılması ilə yanaşı yeniliklərin həyata keçirilməsinin vacibliyindən danışıb.
TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva neonatal ölümlərin azaldılmasında problemlərin təhlilinin effektiv metodlardan biri olduğunu qeyd edib. N.Mustafayeva neonatologiyada təxliyələrin azaldılması, düzgün və professional yardımın yerində təşkilinin gücləndirilməsi, müəssisə rəhbəri tərəfindən hesabatlılığın təmin edilməsi ilə bağlı tövsiyələrini bildirib.
Respublika Pediatriya Mərkəzinin baş həkimi Emil Nuriyev “Neonatologiyada tənəffüs problemləri: risk faktorları, klinik yanaşma, müasir müalicə metodları” adlı məruzə ilə çıxış edərək, yenidoğulmuşların tənəffüs sistemindəki problemlərindən, risk faktorlarından danışıb.
Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Sumqayıt Perinatal Mərkəzinin Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Yeganə Ağayeva “Neonatologiyada təxliyə: təhlükəsiz təxliyənin təşkili qaydaları” mövzusunda çıxış edib və yenidoğulmuşların müəssisələrarası təxliyəsi zamanı diqqət edilməli məqamlardan söz açıb.
TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin əməkdaşı Vəfa Hacıyeva “Neonatal skrininqlər: gələcəyimizin genetik sağlamlığı” adlı məruzə ilə çıxış edərək ölkəmizdə skrininqlərin aparılmasının vacibliyi, genetik xəstəliklərin erkən diaqnozu və müalicəsinin faydaları haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Yeni Klinikanın Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsinin həkimi Könül Əliyeva “Yenidoğulmuş dövrdə sarılıq: risklər, idarəetmə və nəticələr” adlı məruzə ilə çıxış edib. O, yenidoğulmuşların ən çox qarşılaşdığı problemlərdən biri olan hiperbilirubinemiyanın əmələ gəlmə səbəbləri, növləri və müalicə metodları barədə danışıb.
100-ə yaxın tibb işçisinin qatıldığı seminarda tibb müəssisələrinin hər birinə 6 mövzu üzrə yenilənmiş milli klinik protokol nümunələrindən ibarət toplu təqdim edilib.
Tədbirin sonunda vaxtından əvvəl doğulmuş körpələri keyfiyyətli yaşatma göstəricilərinə əsasən Sumqayıt Perinatal Mərkəz, Respublika Pediatriya Mərkəzi və Yeni Klinikanın aidiyyəti komandalarına “Xilaskar komanda” adlı təşəkkürnamələr təqdim edilib. Təşəkkürnamə Yeni Klinikanın Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsinin adından həkim-neonatoloq Könül Əliyeva tərəfindən qəbul olunub.
TƏBİB
TƏBİB
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026286
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026224
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026224
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026178
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026174
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026172
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026168
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026168
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026168
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026166
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026166
-
Tibbi məqalələrin 90 faizində süni intellekt izi aşkarlanıb - Yeni araşdırmaƏn çox oxunanlar29 Avqust 2026154
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026154
-
Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq aparılıbƏn çox oxunanlar29 Avqust 2026152
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026152
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026148
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026146
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026142
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026142