Rəsul Rəhimlinin həyat hədiyyəsi: uğurlu sümük iliyi nəqli
19 Sentyabr 2025
416
20 sentyabr – Dünya Sümük İliyi (Kök Hüceyrə) Donoru Günüdür. Dünyada milyonlarla donor öz hematopoetik kök hüceyrələrini ehtiyacı olan insanlara bağışlayaraq onlara ikinci həyat hədiyyə edirlər.
Azmedinfo.az xəbər verir ki, həyat hədiyyəsi alanlardan biri də Biləsuvar rayon sakini, 19 yaşlı kollec tələbəsi Rəsul Rəhimlidir. O illərlə Beta-talessemiya ilə mübarizə aparıb.
Rəsulun anası Könül xanım həmin çətin günləri belə xatırlayır:“4 yaşına qədər heç nə bilinmədi. Sonra halsızlıq, tez-tez tərləmə, qan azlığı başladı. Həkimlər Beta-talessemiya diaqnozu qoydular. Hər ay qan köçürülürdü, dəmirqovucular və vitaminlər verilirdi. Oğlum demək olar ki, xəstəxanalarda böyüdü.”
14 il boyunca hər ay qan köçürülüb. Həkimlər ailəyə bildiriblər ki, bu xəstəliyin yeganə qəti müalicəsi sümük iliyi nəqlidir.
Ailə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edib, xəstə gözləmə siyahısına alınıb. Rəsulun yaxın qohumları arasında donor tapılmadığından Türkiyədə “TürkKök” Kök Hüceyrə bankına müraciət olunub. Və bir gün Koordinasiya Mərkəzindən zəng gəlib: “Uyğun donor tapılıb.”
2025-ci ilin yanvarında Rəsul Türkiyəyə yollanıb və sümük iliyi nəqli həyata keçirilib. İlkin sümük iliyi nəqli nəticə verməyib. Amma dövlət və Səhiyyə Nazirliyi ODTKM ailəni tək buraxmayıb. TürkKök bankından ikinci uyğun donor tapılıb və üç ay sonra əməliyyat təkrar olunub – bu dəfə uğurla başa çatıb.
Əməliyyat xərcləri, dərmanlar, həmçinin ailənin Türkiyədə qalması və qidalanması dövlət hesabına ödənilib. Bu, Azərbaycanın sümük iliyi transplantasiyası xidmətlərinin təkmilləşdirilməsi layihəsi çərçivəsində sümük iliyi nəqli həyata keçirilən onlarla uğurlu əməliyyatdan biridir.
Könül xanım minnətdarlıqla bildirir: “Dövlətimizin, Səhiyyə Nazirliyinin, Səhiyyə Nazirliyi ODTKM-nın böyük xidməti oldu. Biz tək deyildik. Bu dəstək olmasaydı, bu gün bura qədər gələ bilməzdik.”
Əməliyyatdan üç ay keçib və Rəsul özünü çox yaxşı hiss edir. O, əməliyyatı həyata keçirən həkimlərin adlarını xüsusi qeyd edir: “Zəfər doktor başda olmaqla bütün tibbi personal mənə həm motivasiya, həm də peşəkar dəstək verdi. Melis doktor, Damla doktor – hər biri yanımda oldular."
Rəsul eyni xəstəliyə düçar olan digər uşaqlara və gənclərə belə tövsiyə edir: “Burada əsas bədən sağlamlığı deyil, ruh sağlamlığıdır. Motivasiyanız nə qədər güclü olsa, bir o qədər tez sağalacaqsınız. Xəstəxanaya gələndə bir söz deməlisiniz: Mən bura gəldim, sağalıb çıxacam!”
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirir: "Sümük iliyi transplantasiyası xidmətlərinin təkmilləşdirilməsi layihəsi çərçivəsində Azərbaycandan onlarla xəstə sümük iliyi nəqli əməliyyatına göndərilib. Sümük iliyi transplantasiyası ciddi qan xəstəlikləri, talassemiya, aplastik anemiya və bəzi onkoloji xəstəliklərdə həyati əhəmiyyət daşıyır. Hər bir uğurlu transplantasiya xəstənin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, ailələr üçün ümid işığı olur və ölkədə bu sahədə tibbi potensialın inkişafını göstərir."
Hazırda Dünya Sümük İliyi Donorları Assosiasiyasının (WMDA) məlumatına görə, dünyada 44 milyondan çox könüllü sümük iliyi və hematopoetik kök hüceyrə donoru qeydiyyatdadır. Bu, hər il minlərlə xəstənin həyatını xilas edən qlobal həmrəylik hərəkatıdır. Gəlin biz də donor olaraq daha çox həyata şans verək.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654