Tez-tez sidiyə getmək istəyiniz yaranır, amma tualetə getdiyinizdə.... Yaxud sidiyə gedərkən yanma hissi olurmu? Bunların hamısı sidik yolu infeksiyasının (SYİ) əlaməti ola bilər və bu an yaşanan ağrı dözülməz olur.
Azmedinfo.az "Arqumentı i faktı" nəşrinə istinadən yazır ki, dünya üzrə hər il təxminən 400 milyon insanın SYİ problemi yaşayır. Hər iki cins və uşaqlar təsirlənsə də, bu infeksiya daha çox qadınlarda müşahidə olunur. Dünya miqyasında qadınların yarısı həyatlarının müəyyən bir dövründə SYİ keçirir.
Mikrobların davamlılığının artdığı bir dövrdə, ən geniş yayılmış infeksiyalardan biri olan SYİ-lərin necə effektiv müalicə ediləcəyi məsələsi gündəmdədir.
Enfeksiyaya nə səbəb olur?
SYİ uretrada (sidiyin çıxdığı kanal), sidik kisəsində və daha ciddi hallarda böyrəklərdə inkişaf edə bilər. Əksər hallarda bakteriyalar — xüsusilə E.coli — rektumun içindən və ətrafından uretraya daxil olaraq infeksiyaya səbəb olur.
Qadınların və qız uşaqlarının uretrası daha qısa olduğundan bakteriyaların sidik yollarına keçməsi asanlaşır. Menopauzadan sonra östrojen səviyyəsinin azalması da riski artırır, çünki bu hormon vajinal bölgədə sağlam bakteriya balansını qoruyur.
Əlamətlər
İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) SYİ üçün ən çox rast gəlinən əlamətləri belə sadalayır:
Sidiyə gedərkən ağrı və ya yanma hissi
Birdən-birə və ya adi haldan daha tez-tez sidiyə getmə ehtiyacı
Bulanıq və ya qan qarışmış sidik
Qarının aşağı hissəsində və ya böyrək nahiyəsində ağrı
Yüksək hərarət, üşütmə, titrətmə
Yorğunluq və halsızlıq
Yaşlı insanlarda əlavə olaraq narahatlıq, qarışıqlıq kimi davranış dəyişikliyi ola bilər. Uşaqlarda isə yataq islatma və qusma SYİ-yə işarə edə bilər.
İnfeksiya özü-özünə keçə bilərmi?
Londondakı "Whittington" Xəstəxanasının uro-ginekoloqu Dr. Rajvinder Khasriya bildirir ki, bəzi qadınlarda müalicəyə ehtiyac qalmır, immun sistemi infeksiyanı özü aradan qaldırır. Digərlərinə isə antibiotik lazımdır” – deyir.
Amma hansı insanların hansı qrupa düşəcəyi tam aydın deyil. Mikrobların dərmanlara qarşı davamlılığının artması səbəbindən bu məsələ hələ də tədqiqat mövzusudur.
SYİ yoluxucudurmu?
SYİ yoluxucu hesab olunmur və cinsi yolla ötürülən xəstəlik deyil. Amma cinsi əlaqə bakteriyaların rektumdan uretraya keçməsini asanlaşdıraraq infeksiya riskini artırır.
NHS, cinsi əlaqədən sonra dərhal sidiyə getməyi tövsiyə edir.
Diaqnoz
“Qızıl standart” test — orta axıntı sidik mədəniyyətidir. Sidik nümunəsi laboratoriyada yoxlanılır, orada hansı bakteriyanın çoxaldığı müəyyən edilir və uyğun antibiotik seçilir.
Qarşısını almaq yolları
NHS aşağıdakı tədbirləri tövsiyə edir:
Tualetdən istifadə edərkən öndən arxaya doğru silmək
Genital bölgəni təmiz və quru saxlamaq
Gün ərzində bol su içmək və sidiyi saxlamaqdan çəkinmək
Cinsi əlaqədən əvvəl və sonra vajina ətrafını su ilə yumaq
Cinsi əlaqədən sonra tezliklə sidiyə getmək
Körpə bezlərini və ya sidik qaçırma yastıqlarını dərhal dəyişmək
Pambıq alt paltarı geyinmək
Xroniki SYİ
Bəzi insanlarda gündəlik simptomlarla gedən uzunmüddətli SYİ müşahidə olunur. Bakteriyalar sidik kisəsinin divarına yapışaraq və ya hüceyrələrin içində gizlənərək immun sistemindən və antibiotiklərdən qoruna bilir.
Bu sahədə araşdırmalar az olduğundan qadın sağlamlığı ilə bağlı böyük boşluqlar qalır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654