Sınıqlar, çıxıqlar və digər sümük-əzələ sistemi xəstəlikləri ilə üzləşəndə hansı mütəxəssisə müraciət edəcəyinizlə bağlı seçim etmək çox vacibdir. Bəzi insanlar illərdir mövcud olan "sınıqçı" adlanan şəxslərə üz tutsalar da, bu yalnış seçim onların sağlamlığına ciddi ziyan vura bilər. Peşəkar həkimlər, o cümlədən ortoped-travmatoloqlar, bu sahədə ən doğru və təhlükəsiz ünvandır.
Azmedinfo.az xəbər verir ki, ortoped-travmatoloq, tibb üzrə fəlsəfə doktoru Laçın Məmmədovun sözlərinə görə, sınıqçıların adətən xalq təbabəti və ya nəsildən-nəslə keçən bilgilərlə fəaliyyət göstərməsi, onların müasir tibbi biliklərdən və texnologiyalardan məhrum olması deməkdir. Dəqiq diaqnoz qoymaq üçün rentgen, MRT və ya KT müayinələri aparmağa imkanları olmadığı üçün, bəzən sadə bir zədəni daha ciddi problem kimi qiymətləndirə bilər və ya əksinə, ciddi bir xəstəliyi nəzərdən qaçıra bilərlər. Bu da vəziyyətin daha da pisləşməsinə, bəzən isə geri dönməz fəsadlara səbəb ola bilər.
Həkimin vurğuladığı kimi, sümük-əzələ sistemi xəstəliklərinin müalicəsi elmi əsaslara söykənən bir prosesdir. Yalnız mütəxəssis həkimlər xəstəliyin kök səbəbini aşkar edib, ən effektiv və zərərsiz müalicə planını tərtib edə bilərlər. Onlar, müasir tibbi avadanlıqlar vasitəsilə zədələnmənin dərəcəsini dəqiq təyin edir və lazımi hallarda cərrahi müdaxiləyə qərar verirlər.
Unutmayın ki, sağlamlığınız ən dəyərli sərvətinizdir. Hər hansı bir sümük və ya əzələ problemi ilə qarşılaşdığınızda, dəqiq diaqnoz və etibarlı müalicə üçün yalnız lisenziyalı və peşəkar həkimlərə müraciət edin. Yanlış seçim etmək, uzun müddətli ağrılara, hərəkət məhdudiyyətinə və daha ciddi tibbi problemlərə səbəb ola bilər. Sağlam gələcəyiniz üçün doğru qərar verin.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654