Azərbaycanda orqan donorluğu və transplantasiyası sahəsində mühüm irəliləyişlər əldə edilib.
Azmedinfo.az xəbər verir ki, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri Yeganə Abbasovanın sözlərinə görə, Qafqazda ilk dəfə meyit donordan orqan köçürülməsi məhz ölkəmizdə həyata keçirilib. Bu uğurun əsas səbəbi Səhiyyə Nazirliyinin rəhbərliyi ilə hazırlanan hüquqi baza və 2022-ci ildən fəaliyyətə başlayan Mərkəzin işidir. Mərkəz, orqan ehtiyacı olan şəxslərin siyahısını tərtib edir, əməliyyatların ardıcıllığını təmin edir və transplantasiyadan sonrakı təqibi nəzarətdə saxlayır.
Yeganə Abbasovanın modern.az-da dərc edilən müsahibəsinə əsasən, orqan bağışlanması ilə bağlı maarifləndirmə işləri nəticəsində reyestrdən keçənlərin sayı artıb. Fevral ayından bu yana orqanlarını ölümündən sonra bağışlamaq üçün qeydiyyatdan keçənlərin sayı 50-dən 600-ə yüksəlib. Xüsusilə gənclər bu məsələyə daha müsbət yanaşır.
O, qeyd edib ki, Azərbaycan qanunvericiliyi bu sahədə daha təkmildir. Şəxs sağlığında orqanlarını bağışlamaq üçün reyestrdən keçibsə, beyin ölümü halında ailənin etirazı hüquqi qüvvəyə malik deyil. Əgər şəxs reyestrdə yoxdursa, ailənin razılığı tələb olunur. O, reanimatoloqların rolunun vacibliyini vurğulayıb və bildirib ki, beyin ölümü diaqnozu qoyulan xəstələrlə bağlı Mərkəzə vaxtında məlumat verilməsi orqan gözləyən insanların həyatını xilas edə bilər.
Hazırda 1021 Azərbaycan vətəndaşı orqan gözləyir, onların 500-ə yaxını böyrək xəstəsidir. Orqan transplantasiyasının xərcləri tamamilə İcbari Tibbi Sığorta tərəfindən qarşılanır. Ümumilikdə 15 orqan donor kimi götürülüb. Yaxın gələcək üçün planlar sırasında türk dövlətləri ilə birgə “Türk transplant” platformasının yaradılması da yer alır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654