Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
23 Aprel 2026, Cümə axşamı, 20:44
Əlaqə vasitələri
Bizimlə əlaqə
Hövsan sahilində təmizlik aksiyası – 350 kiloqram tullantı yığıldı
24 Sentyabr 2025
282
Hövsan sahilində təmizlik aksiyası – 350 kiloqram tullantı yığıldı
“Təmiz ölkəm” devizi altında keçirilən növbəti iməciliyə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları qoşulub.
 

Azmedinfo.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimai maarifləndirmə və cəmiyyətin ekoloji məsuliyyətini artırmağa xidmət missiyasına dəstək olur.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə növbəti təmizlik aksiyası Xəzər dənizinin Hövsan sahilində təşkil olunub.
 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə keçirilən aksiya zamanı sahil zolağı 350 kiloqramdan artıq tullantıdan təmizlənib.
 
Təmizlik aksiyalarının keçirilməsinin əsas məqsədi sahilyanı ərazilərdə ətraf mühitin çirklənməsinin qarşısını almaq, eyni zamanda ictimaiyyəti ekoloji fəaliyyətlərə cəlb edərək onlarda təbiətə olan məsuliyyət hissini formalaşdırmaqdır.
 
Ən çox oxunanlar