Sentyabrın 25-də Şəki şəhərində ilk dəfə olaraq “Şəki Sağlamlıq Günləri” adlı genişmiqyaslı aksiya baş tutdu. Bu sosial əhəmiyyətli tədbir çərçivəsində şəhid və qazilərin ailə üzvləri üçün ödənişsiz kardioloji müayinələr təşkil olunaraq, onların sağlamlığının qorunması istiqamətində mühüm addım atıldı.
Azmedinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) təşkilatçılığı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in dəstəyi ilə həyata keçirilən aksiya Şəki Rayon Mərkəzi Xəstəxanasında baş tutdu. Burada müxtəlif ixtisaslardan olan həkimlər və tibbi personal bir araya gələrək vətəndaşların ümumi sağlamlıq göstəricilərini yoxladı, ürək-damar sisteminin vəziyyətini dəyərləndirdi, laborator analizlər apardı və peşəkar tibbi məsləhətlər verdi. Gün ərzində 200-dən artıq vətəndaş müayinədən keçərək sağlamlıqları barədə ətraflı məlumat əldə etdi.
Tədbirdə çıxış edən ETKİ-nin direktoru, professor Gülnaz Dadaşova vurğuladı ki, belə təşəbbüslər insanların sağlamlıq problemlərinin erkən aşkarlanmasına, vaxtında müalicəyə başlanmasına və həyat keyfiyyətinin yüksəldilməsinə imkan yaradır. O, xüsusilə qeyd etdi ki, şəhid və qazilərimizin ailə üzvlərinə göstərilən bu diqqət və qayğı dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir: “Sağlamlıq yalnız fərdin deyil, bütövlükdə cəmiyyətin rifahıdır. Bu gün burada həyata keçirilən müayinələr dövlətin və səhiyyə qurumlarımızın vətəndaş sağlamlığına verdiyi yüksək dəyərin bariz nümunəsidir. Şəhidlərimizin ailələrinə, qazilərimizin yaxınlarına göstərilən qayğı isə mənəvi borcumuzdur və biz bu missiyanı böyük qürurla icra edirik.”
Aksiya iştirakçıları təşkilatçılara dərin minnətdarlıqlarını bildirərək, bu cür tədbirlərin davamlı şəkildə keçirilməsinin vacibliyini vurğuladılar. Qeyd edək ki, müayinələr təkcə Şəki sakinlərinin deyil, həm də Qax, Balakən, Zaqatala, Qəbələ, Oğuz, Mingəçevir və Ağdaş rayonlarından gələn vətəndaşların da böyük marağına səbəb olub.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654