AR ETN Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Zenfira Qədimova 15–21 sentyabr tarixlərində Baltikyanı ölkələrdə keçirilən “Sağlam Uzunömürlülük üzrə Beynəlxalq Baltik Konfransı”nda iştirak edib. Baltikyanı dövlətlərin, Beynəlxalq Uzunömürlülük Alyansının və İsrailin “Vetek” Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşan elmi forumun ilk mərhələsi Latviyanın Riqa şəhərində baş tutub.
Azmedinfo.az xəbər verir ki, dosent Z.M. Qədimova burada “The vulnerability of the bioelectrical activity of the heart in older patients to the impact of COVID-19” (Yaşlı şəxslərdə ürəyin bioelektrik fəaliyyətinin COVID-19-un təsirinə həssaslığı) mövzusunda şifahi məruzə ilə çıxış edərək, qlobal pandemiyanın yaşlı insanların sağlamlığına göstərdiyi təsirləri elmi müstəvidə diqqətə çatdırıb. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və müzakirələrə zəmin yaradıb.
Konfransın növbəti mərhələsi 19–20 sentyabr tarixlərində Litvanın paytaxtı Vilnüs şəhərində, Respublika Seymində “Towards Healthy Longevity” (Sağlam Uzunömürlülüyə doğru) başlığı altında davam etdirilib. Burada uzunömürlülük sahəsində dünyanın tanınmış ekspertləri, siyasətçilər və səhiyyə mütəxəssisləri bir araya gələrək müasir dövrün ən mühüm çağırışlarından birinə – əhalinin yaşlı təbəqəsinin sağlam və məhsuldar ömrünün təmininə həsr olunmuş məruzələr dinləyiblər.
Azərbaycan alimi bu mərhələdə də “Azərbaycanda uzunömürlülüyün tədqiqi” mövzusu ilə çıxış edərək ölkəmizdə aparılan elmi araşdırmalar, əldə olunan nəticələr və perspektivlər haqqında geniş məlumat verib. Onun məruzəsi auditoriyada xüsusi maraqla qarşılanıb və beynəlxalq ekspertlərin diqqətini Azərbaycanda herontologiya istiqamətində aparılan tədqiqatlara yönəldib.
Artıq üç ildir ənənəvi qaydada keçirilən bu mötəbər beynəlxalq konfransın məqsədi yalnız elmi nəticələrin təqdimatı ilə məhdudlaşmır. Forum həm də sağlam uzunömürlülüyün təmin olunması üçün yeni qanunların işlənməsi, sosial və tibbi problemlərin dövlət səviyyəsində həllinə yönəlmiş təşəbbüslərin dəstəklənməsi, həmçinin Baltikyanı ölkələrin mavi zonalar siyahısına daxil olması istiqamətində strateji addımların atılmasını hədəfləyir.
Konfransın yekununda müxtəlif ölkələrdən dəvət olunmuş gerontoloq və qocalar üzrə mütəxəssislər Azərbaycanda bu sahədə aparılan tədqiqatlara böyük maraq göstərərək, gələcəkdə ortaq elmi layihələrin reallaşdırılması, akademik və ictimai əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparıblar.
Ümid edilir ki, sağlam uzunömürlülük üzrə keçirilən beynəlxalq konfranslar qlobal miqyasda bu sahəyə dair elmi, sosial və siyasi əlaqələrin inkişafına yeni stimul verəcək və təkcə Baltikyanı ölkələrdə deyil, bütün dünyada yaşlı nəslin rifahına, sağlam və aktiv ömür sürməsinə töhfə olacaq.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654