Qadcetlərdən istifadə quru göz sindromunu yaradır
Dünyada quru göz sindromunun yayılması sürətlə artır və əsas risk qrupunu monitor qarşısında uzun müddət işləyən ofis əməkdaşları təşkil edir.
Azmedinfo.az xəbər verir ki, bu narahatedici tendensiya barədə tibb elmləri doktoru, professor, oftalmoloq-cərrah Tatyana Şilova 360.ru-ya açıqlama verib.
Mütəxəssisin sözlərinə görə, günün sonuna doğru diskomfort, gözdə yad cisim hissi, qızartı və görmənin zəifləməsi infeksiya ilə deyil, uzunmüddətli ekran təsiri və otaqlarda quru hava ilə bağlıdır. Şilova bildirib ki, bu vəziyyət uğurla müalicə oluna bilir. Müalicə iş rejiminin tənzimlənməsi, havanın rütubətləndirilməsi, göz qapaqlarının gigiyenası və fərdi seçilmiş preparatlardan ibarətdir.
Ekspert vurğulayıb ki, müalicəyə sadə, lakin təsirli addımlardan başlamaq lazımdır. Burada iş prosesinin düzgün təşkili və ətraf mühitin rolu mühümdür.
O, 20-20-20 qaydasını xatırladıb: "Hər 20 dəqiqədən bir 20 saniyəlik fasilə verin, uzağa baxın və şüurlu şəkildə bir neçə dəfə göz qırpın. Evin və ofisin havasının rütubəti 40–60% olmalıdır, kondisioner isə birbaşa üzə üfürməməlidir”.
Oftalmoloq-cərrah həmçinin iş masasının düzgün təşkilinə diqqət çəkib: monitor göz səviyyəsindən bir qədər aşağıda yerləşməli, şrift və parlaqlıq isə rahat qavranıla biləcək dərəcədə olmalıdır.
Həkim əlavə edib ki, gündəlik olaraq 5–10 dəqiqəlik isti kompres və ardınca yüngül göz qapağı masajı da çox faydalıdır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654