Kolumbiyanın And dağlarından tapılmış çoxəsrlik mumiyalar rəqəmsal texnologiyalar vasitəsilə araşdırılaraq virtual şəkildə yenidən quruldu və onların həyatda necə görünə biləcəyi ortaya çıxarıldı.
Azmedinfo.az "Planet today" nəşrinə istinadən yazır ki, XIII–XVIII əsrlər arasında yaşamış bu insanlar üzlərini və çənələrini örtən ölüm maskaları ilə dəfn edilmişdilər. Bu, Kolumbiyada rast gəlinən yeganə belə mədəni praktikadır, baxmayaraq ki, Kolumbiyadan əvvəlki Cənubi Amerikanın digər bölgələrində geniş yayılıb. Lakin onların məzarları talan olunduğundan həmin dörd nəfər və onların arxeoloji mühiti haqqında məlumat çox az idi.
İndi tədqiqatçılar rəqəmsal texnologiyalar vasitəsilə onların kəllə sümüklərini açaraq üzlərini rekonstruksiya ediblər. Nəticələr ilk dəfə Peruda keçirilən XI Dünya Mumiya Araşdırmaları Konqresində təqdim olunub.
Böyük Britaniyadakı Con Murs adına Liverpul Universitetinin Face Lab layihəsinin rəhbəri Cessika Lyu bildirib ki, bu rekonstruksiyalar Cənubi Amerikada yaşamış yerli xalqların “cəlbedici mədəni təcrübələrini” önə çıxarır.
Mumiyalar 6–7 yaşlı bir uşaq, təxminən 60 yaşlı bir qadın və iki gənc kişiyə məxsusdur. Onların hamısı qatran, gil, mum və qarğıdalıdan hazırlanmış üslubi maskalarla bəzədilmişdi. Maskaların burnu və əsas hissələri zədələnsə də, gözləri əhatə edən bəzi dekorativ muncuqlar bu günədək qorunub. Bu insanlar Kolumbiya Andlarının Şərqi Kordilyer bölgəsində yaşamış ispan işğalından əvvəlki əhaliyə aid idilər. Radiokarbon analizlərinə əsasən, onların ömür sürmə tarixi 1216–1797-ci illərə təsadüf edir.
Maskalı kəllələr üzərində kompüter tomoqrafiyası aparılıb. KТ rentgen şüaları vasitəsilə obyektin çoxsaylı ikiölçülü kəsiklərini birləşdirərək virtual üçölçülü təsvir yaradır. Bunun sayəsində komanda maska qatlarını rəqəmsal olaraq çıxarıb kəlləni “praktiki şəkildə demaskalaşdırmağa” nail olub, – deyə Lyu bildirib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654