Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
24 İyul 2026, Cümə, 07:20
Əlaqə vasitələri
Bizimlə əlaqə
Xankəndidə səyyar tibbi müayinə və maarifləndirici aksiya olacaq
02 Oktyabr 2025
494
Xankəndidə səyyar tibbi müayinə və maarifləndirici aksiya olacaq

10 oktyabr 2025-ci il, saat 10:00-da Xankəndi şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən əhali arasında səyyar tibbi müayinə və konsultasiya keçiriləcək.

Azmedinfo.az xəbər verir ki, həkim qrupu – pulmonoloq, ftiziatr, kardioloq və digər tibb mütəxəssisləri tərəfindən əhalinin tənəffüs sistemi xəstəliklərinin aşkar olunması və profilaktik müayinələr aparılacaq.

Bununla yanaşı, respirator xəstəliklərin səbəbləri, onların qarşısının alınması və aradan qaldırılması yolları barədə maarifləndirici aksiya təşkil ediləcək.

Hər kəsi sağlamlıq müayinəsindən keçməyə və maarifləndirici görüşdə iştirak etməyə dəvət edirik!

Ən çox oxunanlar