Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutu və Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin alimləri tərəfindən aparılmış birgə elmi araşdırma yüksək impakt faktorlu “Journal of Molecular Structure” jurnalında dərc edilib (İF=4.7).
Azmedinfo.az xəbər verir ki, tədqiqatın məqsədi sağlam və xərçəng (ağ ciyər xərçəngi) hüceyrə membranlarının lipid kompozisiyasından asılı struktur fərqlərini göstərmək olmuşdur.
Furye Çevirici İnfraQırımızı (FÇİQ) spektroskopiyasının tətbiqi ilə lipidlərin CH₂ qruplarının “trans” və “gauche” konformasiyasına həssas olan 2848 sm-1 və 2916 sm-1 spektral zolaqların temperaturdan asılı dəyişməsi göstərir ki, sağlam hüceyrə lipidləri xərçəng hüceyrə dəkindən fərqli olaraq kooperativ (lipid konformasiyalarının birgə dəyişməsi) keçid vasitəsi ilə olur. Xərçəng hüceyrə lipidləri qeyri-kooperativ (lipidlərin konformasiyalarınn hissə-hissə dəyişməsi) keçid göstərməklə yanaşı sağlam hüceyrədəkinə nisbətən aşağı keçid temperaturlarına malikdirlər. Trans- gauche struktur keçidləri üçün sərbəst enerji qiymətləri xərçəng hüceyrələri ilə onlara bitişik sağlam hüceyrələr arasında əhəmiyyətli dərəcədə fərqlənir.
Lipid molekullarının qrup halında yığılması onların konformasiyasından asılıdır. Yağ zəncirlərinin hüceyrə daxilində nə qədər sıx yerləşdiyini isə CH₂ qruplarının “qayçı” zolağı vasitəsilə izləmək olur. Bu zolağın parametrləri molekulların nə qədər sıx yerləşdiyini göstərir. Sağlam hüceyrələrdə bu molekulyar rəqslərin 1465 sm-1 zolağı molekullar arası güclü qarşılıqlı təsir nəticəsində iki fərqli zolağa (1462 və 1472 sm⁻1-də) parçalanır ki, bu da molekulların sıx və nizamlı (ortorombik) düzülməsini göstərir. Xərçəng hüceyrələrində isə bu iki siqnal müşahidə olunmur, bu da yağ molekullarının daha nizamsız və boş şəkildə düzüldüyünü göstərir.
Bununla belə, morfoloji cəhətdən sağlam kimi təsnif edilən bəzi hüceyrələrdə lipidlər xərçəng hüceyrələrinə bənzər struktur keçidlərini nümayiş etdirir. Əksinə, heç bir xərçəng hüceyrəsi sağlam hüceyrələrə xas lipid struktur keçidlərini göstərmir.
Nəticələrimiz göstərir ki, metabolik dəyişikliklər morfoloji dəyişikliklərdən əvvəl baş verə bilər və bu bədxassəli transformasiyanı başladan ilkin hadisələrdən biri ola bilər. Belə nəticələr nəzəri olaraq ədəbiyyatda öz əksini tapsa da, eksperimental olaraq ilk dəfə bizim tədqiqatlarımız nəticəsində təqdim olunmuşdu. Bu nəticə xüsusən diaqnoztikada mühüm əhəmiyyətə malik olacaq, belə ki, yalnız morfologiyaya əsaslanan diaqnoztika bəzi xəstələr üçün kifayət etməyə bilər. Bu səbəbdən, xərçəngin diaqnoztikasında morfoloji analizlə yanaşı, hüceyrə səviyyəsində metabolik profilin təyininə ehtiyac vardır. Eyni zamanda, nəticələr göstərir ki, metabolik dəyişikliklərə təsir edən ətraf mühit amilləri xərçəngin inisiasiyasına və inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654