TƏBİB “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Azmedinfo.az xəbər verir ki, uşaqların icbari dispanserizasiyası çərçivəsində cari ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhərinin Yasamal, Səbail, Binəqədi, Nəsimi, Nərimanov, Suraxanı, Sabunçu, Xətai, Qaradağ, Nizami və Xəzər rayonları üzrə 543 389 uşaq icbari dispanserizasiya müayinələrinə cəlb olunub.
Bu müayinələr Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrinin tibb heyəti tərəfindən Bakı şəhərinin orta ümumtəhsil, məktəbəqədər təhsil müəssisələri və xüsusi internat məktəblərində həyata keçirilib. Müayinələrdə həkim-pediatr, həkim-nevroloq, həkim-oftalmoloq, həkim-otorinolarinqoloq, həkim-cərrah, həkim-stomatoloq, həkim-laborant və s. ixtisaslı mütəxəssislər iştirak edib.
Xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim edilib. Həmin şagirdlərin qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçməsi və aşkarlanan xəstəliklərin müalicəsinə başlaması tövsiyə olunub.
Qeyd edək ki, uşaqların icbari dispanserizasiyası Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2013-cü il Fərmanına uyğun olaraq davam etdirilir.
İcbari dispanserizasiyasının əsas məqsədi uşaqlar, o cümlədən məktəblilər arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır.
İcbari dispanserizasiya zamanı uşaqlara illik profilaktik baxış həyata keçirilir. İcbari dispanserizasiya çərçivəsində uşaqlar hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər (pediatr, stomatoloq, nevroloq, cərrah, endokrinoloq, uroloq, oftalmoloq, otorinolarinqoloq, dermatoloq və digər mütəxəssislər) tərəfindən diaqnostik və laborator müayinələrə cəlb edilir. Proses il ərzində mütəmadi şəkildə davam etdirilir.
TƏBİB
-
Anevrizma xəbərdarlığına rəğmən nənə nəvəsinə donor olduƏn çox oxunanlar22 May 2026402
-
Ailəvi transplantasiya və kollektiv məsuliyyətƏn çox oxunanlar18 May 2026400
-
Həkimlər və tələbələr üçün fundamental töhfə: “Nevrologiyada tibbi genetika”Ən çox oxunanlar20 May 2026322
-
Azərbaycanda Radioterapiya və Nüvə Təbabəti Onkoloji Mərkəzi qurulurƏn çox oxunanlar18 May 2026312
-
Xankəndidə uşaqlar üçün tibbi müayinə asksiyası keçiriləcəkƏn çox oxunanlar20 May 2026302
-
Bioetika, təlimlər və startap uğuru - Qırğızıstan Tibb Akademiyasının heyətinin ATU səfəri yekunlaşdıƏn çox oxunanlar22 May 2026292
-
Əczaçılıq ekologiyası və sosial məsuliyyətimiz - MəqaləƏn çox oxunanlar20 May 2026284
-
"Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib -Azərbaycan Respublikası Prezidentinin FərmanıƏn çox oxunanlar21 May 2026274
-
Kardio-onkologiyada süni intellekt həlləri ekspertlərin müzakirəsindəƏn çox oxunanlar21 May 2026272
-
WUF13: Əlilliyi olan şəxslər üçün inklüziv və əlçatan şəhər mühitinin formalaşdırılması diqqət mərkəzindəƏn çox oxunanlar21 May 2026270
-
Pediatrlar və neonatoloqlar üçün mühüm elmi-praktiki kurs keçiriləcəkƏn çox oxunanlar21 May 2026262
-
20 May – Ümumdünya Travmatoloq GünüƏn çox oxunanlar20 May 2026256
-
Süni intelleklt insanların dərin və tənqidi düşünmə qabiliyyətlərini zəiflədirƏn çox oxunanlar20 May 2026254
-
Hamiləlikdə vaxtında müayinə təhlükəsiz analığın açarıdırƏn çox oxunanlar17 May 2026252
-
Akademik Mirməmməd Cavadzadənin anım günüdürƏn çox oxunanlar18 May 2026252
-
“İlk tibbi yardım – ikinci həyata addım”- Səhiyyə Nazirliyindən maarifləndirici fleşmobƏn çox oxunanlar16 May 2026246
-
ÜST-nin Azərbaycan nümayəndəliyi köməkçi texnologiya və reabilitasiya sistemlərinin gücləndirilməsi üzrə regional layihənin nəticələrini təqdim edibƏn çox oxunanlar16 May 2026234
-
Bakı klinikalarının imtina etdiyi 70 yaşlı xəstə Tədris Cərrahiyyə Klinikasında sağaldıƏn çox oxunanlar19 May 2026226
-
Azərbaycanda zoonoz xəstəliklərin risklərinə qarşı birgə fəaliyyət gücləndirilirƏn çox oxunanlar19 May 2026224
-
Anesteziya təhlükəlidirmi? – Mütəxəssis cəmiyyətin qorxularına aydınlıq gətiribƏn çox oxunanlar18 May 2026220