Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Florence Healthcare İnternational Qrupun dəstəyi ilə “Ortopediya və Tibbi Reabilitasiyada Müasir Yanaşmalar” mövzusunda Elmi-praktiki seminar həyata keçirilib.
Azmedinfo.az xəbər verir ki, seminarda Mərkəzi Gömrük Hospitalının rəisi, Baş həkim Bəxtiyar Musayev, müavinləri Nabil Seyidov və Nahidə Mahmudova, Travmatologiya və Ortopediya şöbəsinin rəisi, travmatoloq Ramin Rzayev, Fizioterapiya şöbəsinin rəisi, fizioterapevt-reabilitoloq Səidə Kərimova, İstanbul Florence Nightingale Xəstəxanalar Qrupunun Travmatologiya və Ortopediya şöbəsinin müdiri, travmatoloq-ortoped Prof. Dr. Azmi Hamzaoğlu, tibb bacısı Özlem Babadağ və Beynəlxalq şöbənin regional direktoru Fuad Ağazadə, o cümlədən müxtəlif tibb müəssisələrinin aparıcı mütəxəssisləri, həkimlər və rezidentlər iştirak ediblər.
Mərkəzi Gömrük Hospitalının rəisi, Baş həkim Bəxtiyar Musayev salamlama nitqi ilə çıxış edərək Hospital ilə Florence Healthcare İnternational Qrup arasındakı davamlı və peşəkar əməkdaşlıq barədə ətraflı məlumat verib. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən elmi və sosial tədbirlərin vacibliyindən bəhs edən B.Musayev gələcək fəaliyyətlərin də uğurla davam etdiriləcəyinə inandığını söyləyib.
Seminar zamanı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov da çıxış edərək Türkiyə və Azərbaycan arasında bütün sahələrdə olan dostluq və əməkdaşlıq münasibətlərinin vacibliyini qeyd edib. O, mövzunun sosial əhəmiyyəti barədə də fikirlərini bölüşərək, auditoriyanı aktiv iştirakçılığa dəvət edib.
Daha sonra İstanbul Florence Nightingale Xəstəxanalar Qrupunun Travmatologiya və Ortopediya şöbəsinin müdiri, travmatoloq-ortoped Prof. Dr. Azmi Hamzaoğlu təcrübəsində rastlaşdığı klinik hallar, həyata keçirdiyi mürəkkəb əməliyyatlar barədə geniş təqdimatla çıxış edib və skoliozun ağırlaşma və fəsadları barədə həkim və rezidentlərin suallarını cavablandırıb.
Seminarın sonunda Mərkəzi Gömrük Hospitalı tərəfindən qonaqlara təşəkkürnamələr təqdim edilib. Seminar qrup şəklinin çəkilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, seminardan sonra Prof. Dr. Azmi Hamzaoğlunun iştirakı ilə şəhid və qazi ailələrinin ödənişsiz tibbi müayinəsi həyata keçirilib. 15 pasiyent müvafiq olaraq müayinədən keçərək zəruri tibbi məsləhətləri alıblar.
Mərkəzi Gömrük Hospitalı
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654