Yeni Klinikanın “Balaca qəlblərlə böyük görüş” layihəsi Şəkidə gerçəkləşdi
08 Oktyabr 2025
552
Yeni Klinikanın direktoru Barat Yusubov aksiyanın həyata keçirilməsində göstərilən dəstəyə görə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubova, Milli Məclisin deputatı cənab Vüqar İskəndərova, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə və 6 saylı Uşaq Evinin direktoru xanım İlhamə Məmmədovaya təşəkkürünü bildirib.
Yeni Klinika rəhbərliyi və tibbi heyəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyilə Şəki şəhər 6 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinlərini ziyarət ediblər.
Azmedinfo.az xəbər verir ki, səfər çərçivəsində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüş baş tutub. Görüş zamanı Elxan Usubov qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət, eləcə də bu cür sosial təşəbbüslərə verdiyi dəstəyə görə Yeni Klinikaya təşəkkür edib.
Barat Yusubov klinikanın fəaliyyəti haqqında məlumat verərək Şəki Şəhər İcra Hakimiyyəti ilə gələcəkdə də sosial və humanitar istiqamətli layihələrin həyata keçirilməsində əməkdaşlığa hazır olduğunu bildirib.
“Balaca qəlblərlə böyük görüş” adlı sosial layihə çərçivəsində təşkil olunan səfərin məqsədi uşaqlara mənəvi dəstək göstərmək, onların sağlamlıq vəziyyətinə diqqət yetirmək və cəmiyyətin diqqətini qayğıya ehtiyacı olan uşaqların problemlərinə yönəltmək olub.
Ziyarət zamanı uşaq evinin sakinləri Yeni Klinikanın həkim-pediatrları tərəfindən müayinə olunub, onlarla səmimi söhbətlər aparılıb, müxtəlif hədiyyələr təqdim edilib.
Klinikanın direktoru Barat Yusubov uşaq evinin direktor müavini İlhamə Məmmədova ilə görüşərək müəssisədə yaradılmış şəraitlə tanış olub, burada yaşayan uşaqların sağlamlıq vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb. Direktor bu cür sosial təşəbbüslərin Yeni Klinikanın korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri olduğunu xüsusi qeyd edib.
Ziyarət zamanı iştirakçılar həmçinin qədim Şəkinin zəngin tarixi irsi, memarlıq ənənələri və turizm potensialı ilə yaxından tanış olublar.

Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654