Payız mövsümünün dəyişkən hava şəraiti bir sıra xroniki xəstəliklərin gedişinə mənfi təsir göstərə bilər. Xüsusilə qan təzyiqi, bronxial astma və şəkərli diabetdən əziyyət çəkən şəxslərin bu dövrdə daha diqqətli olmaları tövsiyə olunur.
Azmedinfo.az xəbər verir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 7 nömrəli Şəhər Poliklinikasının həkim-terapevti Güney Nuruyevanın sözlərinə görə, fəsil dəyişmələri zamanı orqanizmdə immun sisteminin zəifləməsi müşahidə edilir. Bu isə mövsümi və respirator xəstəliklərin artmasına səbəb olur.
Həkimin bildirdiyinə görə, temperaturun kəskin enməsi, insanların daha çox qapalı məkanlarda toplaşması və immunitetin zəifləməsi qrip və digər virus infeksiyalarının yayılmasını sürətləndirir.
G.Nuruyeva qeyd edib ki, qripə hər il milyonlarla insan yoluxur və xəstəliyin ağır keçməsi çox zaman yanaşı xəstəliklər və zəif immunitetlə əlaqədardır.
Mütəxəssis profilaktik tədbirlərə xüsusi diqqət yetirilməsini tövsiyə edib:
şəxsi gigiyenaya riayət etmək, əlləri mütəmadi sabunla yumaq;
maska və qoruyucu vasitələrdən istifadə etmək;
xəstə şəxslərlə təmasdan çəkinmək;
immuniteti gücləndirmək üçün mövsümi meyvə-tərəvəzlər və vitaminlərlə zəngin qidalar qəbul etmək;
hava şəraitinə uyğun geyim seçmək.
Həkim əlavə edib ki, insanlar çox vaxt soyuqdəymə ilə qripi eyniləşdirir, halbuki bu iki hal arasında fərq var. Soyuqdəymə adətən yüngül keçir, qrip isə virus mənşəli olduğundan daha ağır fəsadlara yol aça bilər.
Güney Nuruyeva vətəndaşlara xəbərdarlıq edib ki, xəstəliyin ilk simptomları hiss olunduğu anda mütəxəssisə müraciət etmək, ev şəraitində özbaşına müalicə və antibiotik istifadəsindən qəti şəkildə uzaq durmaq lazımdır. Əks halda, bu cür yanaşma sağlamlığa ciddi zərər vura bilər.
Bakı Baş Səhiyyə Mərkəzi
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026786
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026754
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654