Yeni Klinikanın həkimi beynəlxalq konfransda nadir klinik hal təqdim edib
14 Oktyabr 2025
620
Yeni Klinikanın həkim-nefroloqu Dr.Nərmin Ömərli Gürcüstanda baş tutan Beynəlxalq Nefrologiya Cəmiyyətinin (ISN) Regional Konfransında çıxış edib.
Azmedinfo.az xəbər verir ki, “Nefrologiyada əsas mövzular üzrə yeniliklər” konfransı çərçivəsində İSN MDB ölkələrindən olan gənc nefroloqlar tərəfindən təqdim edilən klinik hallar nümayiş etdirilib eyni zamanda nefrologiya sahəsində əldə edilmiş yeniliklər müzakirə olunub.
Dr. Nərmin Ömərli ISN Gənc Nefroloqlar Komitəsinin nümayəndəsi və ISN MDB və Rusiya Regionu İdarə Heyətinin sədr müavini tərəfindən idarə olunan sessiyada çıxış edib. Bu sessiyada regionun fərqli ölkələrindən olan gənc nefroloqlar tərəfindən təqdim edilən klinik hallar nümayiş etdirilib, müasir diaqnostika və müalicə yanaşmaları müzakirə olunub.
Sessiya çərçivəsində iştirakçılar beş nümunəvi klinik halı təqdimat şəklində paylaşaraq təcrübə mübadiləsi aparıblar.
Dr.Nərmin Ömərli “Venlafaksin istifadəsi fonunda inkişaf edən hiponatremiya ilə əlaqəli rabdomioliz” mövzusu üzrə çıxış edib. Təqdimatda Yeni Klinikada stasionar müalicə alaraq sağlamlığına qovuşan pasiyentin nadir klinik halı müzakirə olunub.
Qeyd edək ki, konfrans EACCME® (Avropa Davamedici Təhsil Akkreditasiya Şurası) tərəfindən 13,5 CME kredit balı ilə akkreditə olunub.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
Qazaxıstanlı mütəxəssislər Koordinasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublarƏn çox oxunanlar17 İyul 2026524
-
Azərbaycanlı alimlərin iki elmi araşdırması Avropa Pediatriya Assosiasiyasının konqresində təqdim edilibƏn çox oxunanlar16 İyul 2026190
-
Səhiyyə Nazirliyi və QHT Agentliyi qrant müsabiqəsi elan edəcəkƏn çox oxunanlar14 İyul 2026170
-
Piylənmə ilə mübarizədə dünya təcrübəsi və ölkəmizdəki mövcud vəziyyətƏn çox oxunanlar18 İyul 2026166
-
Həkim qəbuluna onlayn növbə yalnız “mygov” tətbiqi vasitəsilə təmin edilirƏn çox oxunanlar19 İyul 2026158
-
Ekspert: Öd daşı diaqnozu hər zaman əməliyyat demək deyilƏn çox oxunanlar18 İyul 2026152
-
Azərbaycan-Rusiya səhiyyə əməkdaşlığı və tibb təhsili müzakirə olunubƏn çox oxunanlar14 İyul 2026134
-
Dövlət təltiflərinə layiq görülmüş tibb işçilərinə orden və medallar təqdim olunubƏn çox oxunanlar16 İyul 2026124
-
Qoturluq xəstəliyi necə yayılır? – Ekspertdən mühüm tövsiyələrƏn çox oxunanlar20 İyul 2026122
-
Alimlər aqressiv beyin şişlərinə qarşı qızıl nanohissəciklərinə əsaslanan yeni üsul hazırlayırlarƏn çox oxunanlar19 İyul 2026112
-
Meyit donordan üçüncü uşaqlıq köçürülməsi uğurla həyata keçirilibƏn çox oxunanlar21 İyul 2026108
-
Ümumdünya Beyin Günü - Yaddaşı qorumaq və demensiya riskini azaltmaq üçün 6 təsdiqlənmiş üsulƏn çox oxunanlar22 İyul 2026108
-
Gənc Endokrinoloqlar Qrupu – AGEQ fəaliyyətə başlayırƏn çox oxunanlar23 İyul 202676
-
Düşənbədə səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi üzrə ÜST Avropa Məktəbi keçirilibƏn çox oxunanlar23 İyul 202668