“Texnologiya sərhəd tanımır: sağlamlıq naminə birləşirik” devizi altında keçirilən “Robotik Cərrahiyyə Körpüsü-2025” beynəlxalq tədbiri çərçivəsində Azərbaycan səhiyyəsi tarixində misilsiz innovativ bir hadisə yaşanıb. Belə ki, ilk dəfə olaraq Azərbaycan və Çin cərrahları bir xəstə üzərində məsafədən və eyni anda robotik cərrahiyyə əməliyyatı həyata keçiriblər.
Azmedinfo.az xəbər verir ki, əməliyyat Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində yerləşən real xəstə üzərində aparılıb. Əməliyyat Bakıda icra edilib, lakin eyni vaxtda həm Azərbaycan, həm də Çin cərrahi komandaları əməliyyata qoşularaq beynəlxalq bir texnoloji körpü vasitəsilə birgə müdaxilə ediblər.
Əməliyyatdan əvvəl keçirilən tədbirdə çıxış edən Milli Onkologiya Mərkəzinin Onkoginekologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Şəmistan Alıyev bildirib ki, son illərdə aparılan siyasət nəticəsində istər siyasi, istər iqtisadi, istər mədəni, istərsə də digər sahələrdə birgə işlər zamanı başqa dövlətlərlə arada olan sərhədlər maneə yaratmır, əksinə, körpü rolunu oynanır. O, fikirlərinə belə davam edib: “Bu gün Milli Onkologiya Mərkəzində bir araya gəlməyimiz tibb tariximiz üçün çox tarixi və əlamətdar hadisədir. Mərkəzin Baş direktoru akademik Cəmil Əliyevin rəhbərliyi altında bu gün dünyanın qabaqcıl tibb mərkəzləri ilə beynəlxalq səviyyədə əməkdaşlıqlar qurulur. Bundan əlavə, ötən həftə daha bir mühüm addım ataraq canlı robotik əməliyyat həyata keçirdik. Həmin əməliyyatı Qarabağ iqtisadi zonasına canlı şəkildə yayımladıq. Bu, müasir texnologiyaların ölkəmizin bütün bölgələrinə inteqrasiyası baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün isə daha bir tarixi hadisəyə şahid oluruq. Ümid edirəm ki, bu hadisə yeni ideyaların, elmi əməkdaşlıqların və gələcək uğurların bir başlanğıcı olacaq”.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654