Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova “Ağciyərlərin xroniki obstruktiv xəstəliyi” barədə ətraflı məlumat verib. Bu xəstəlik tənəffüs yollarının daralması ilə xarakterizə olunur və əsasən xroniki bir prosesdir.
Azmedinfo.az xəbər verir ki, həkimin sözlərinə görə, ağciyərlərin xroniki obstruktiv xəstəliyinin əsas səbəbi uzunmüddətli siqaret çəkmədir. Bununla yanaşı, peşə mühitində toz, kimyəvi qazlar və tüstülərə məruz qalma, eləcə də genetik meyillik də xəstəliyin inkişafında mühüm rol oynayır. Uşaqlıq dövründə keçmiş tənəffüs yolu infeksiyaları və ekoloji amillər də risk faktorları sırasındadır.
Xumar Novruzova onu da bildirib ki, xəstəliyin ilkin mərhələlərində simptomlar zəif olur və pasiyentlər çox vaxt bu əlamətləri adi yorğunluq və ya yaşla əlaqələndirirlər. Lakin zamanla nəfəs darlığı, xroniki öskürək, bəlğəm ifrazı və fiziki fəaliyyət zamanı tez yorulma kimi əlamətlər güclənir. Xəstəlik irəlilədikcə nəfəs alma getdikcə çətinləşir, bu da pasiyentin həyat keyfiyyətini ciddi şəkildə aşağı salır.
Qeyd edib ki, ağciyərlərin xroniki abstruktiv xəstəliyinin diaqnozu üçün ən əsas müayinə spirometriyadır. Bu test ağciyərlərin hava keçirmə qabiliyyətini ölçür və xəstəliyin mərhələsini müəyyən etməyə kömək edir. Müalicə əsasən simptomların azaldılmasına və xəstəliyin irəliləməsinin qarşısının alınmasına yönəlir. Ən vacib addım siqaretdən imtinadır. Bundan əlavə, inhalyatorlar, bronx genişləndirici və iltihabəleyhinə preparatlar, bəzən isə oksigen terapiyası tətbiq olunur.
"Bu xəstəliyin qarşısını almaq üçün tütün məmulatlarından uzaq durmaq, sağlam həyat tərzi və vaxtaşırı tibbi müayinələr çox önəmlidir. Qeyd edək ki, ağciyərlərin xroniki obstruktiv xəstəliyi tam sağalmaya bilsə də, erkən diaqnoz və düzgün müalicə ilə xəstənin həyat keyfiyyətini qorumaq və xəstəliyin ağırlaşmasının qarşısını almaq mümkündür", - deyə terapevt vurğulayıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654