Hər il dünyada milyonlarla qadın süd vəzisi xərçəngi ilə mübarizə apararaq həyat savaşı verir. “Çəhrayı Oktyabr” bu mübarizənin simvoluna çevrilib və süd vəzisi xərçəngi ilə mübarizə ayı kimi qeyd olunur. Problemin aktuallığı təkcə xəstəliyin geniş yayılması ilə deyil, həm də düzgün maarifləndirmə, vaxtında tibbi müayinə və həkimlərin dəqiq diaqnoz qoymasının vacibliyi ilə bağlıdır. Çünki hər törəmə xərçəng deyil amma hər laqeydlik həyat bahasına başa gələ bilər.
Azmedinfo.az xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, xərçəng hələ də dünya üzrə ölüm səbəbləri arasında ön sıralarda dayanır. Lakin müasir tibbin imkanları sayəsində xəstəlik erkən mərhələdə aşkarlandıqda tam müalicə mümkündür. Onkoloqların vurğuladığı əsas risk amillərinə yaş, qidalanma, həyat tərzi və genetik meyillik daxildir.
Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin sədri, uzman onkoloq Altay Əliyev xəstəliyin qidalanma ilə əlaqəsinə diqqət çəkib: “Krakerlər, çipslər, burgerlər kimi yüksək temperaturda hazırlanmış qidalarda akrilamid adlı maddə əmələ gəlir. Bu maddə genotoksik təsir göstərərək xərçəng riskini artırır. Buna görə də gündəlik rasionda işlənmiş və yarımfabrikat ət məhsullarının, həmçinin bu cür qidaların miqdarını azaltmaq lazımdır. Siqaret, spirtli içkilər, azhərəkətli həyat tərzi və piylənmə də xərçəngin yaranma ehtimalını artıran amillərdəndir. Bu risk faktorlarını aradan qaldırmaqla xəstəliyin yayılma tezliyini azaltmaq mümkündür.”
Həkim qeyd edib ki, xərçəng növləri arasında qadınlarda ən çox rast gəlinən məhz süd vəzisi xərçəngidir. Xəstəlik çox vaxt ağrısız başladığı üçün qadınlar onu gec fərq edirlər. Halbuki erkən mərhələdə aşkarlandıqda müalicə nəticələri çox uğurlu olur. Süd vəzilərində hiss olunan sərtləşmə, qızartı, şişkinlik, dəridə “portağal qabığı”na bənzər dəyişikliklər və ya gilədən qanlı ifrazat bu xəstəliyin xəbərçisi ola bilər.
Mütəxəssislər tövsiyə edirlər ki, 40 yaşdan yuxarı qadınlar ildə bir dəfə mamoqrafiya, iki dəfə isə ultrasəs müayinəsindən keçsinlər. Gənc xanımlar isə 20 yaşdan etibarən ayda bir dəfə süd vəzilərini əllə yoxlamalıdırlar. Ailəsində ana, xala və ya bacısında süd vəzisi xərçəngi olan qadınlar xüsusilə diqqətli olmalıdırlar.
Müntəzəm müayinələr, sağlam həyat tərzi və maarifləndirmə tədbirləri sayəsində süd vəzisi xərçəngi ilə bağlı ölüm halları ildən-ilə azalır. Çünki bu mübarizədə ən təsirli dərman vaxtında müraciətdir.
Mövzu ilə bağlı daha ətraflı videosüjetdə izləyə bilərsiniz.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026764
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026732
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650