Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında “Orqan donorluğu: hüquqi və tibbi əsaslar” mövzusunda maarifləndirici tədbir keçirilib.
Azmedinfo.az xəbər verir ki, tədbirin əsas məqsədi cəmiyyətdə orqan donorluğuna dair ictimai şüurun artırılması və xeyirxahlıq ənənəsinin möhkəmləndirilməsidir.
Respublika Klinik Uroloji Xəstəxanasının direktoru, Səhiyyə Nazirliyinin baş nefroloqu Fariz Babayev qeyd edib ki, orqan donorluğu sahəsində maarifləndirmə işlərinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, tibb ictimaiyyəti və xüsusilə tibb işçiləri bu məsələdə cəmiyyətə nümunə olmalıdırlar. “Biz bu təşəbbüs çərçivəsində özümüz də fəal iştirak etməliyik. Mən şəxsən donor ərizəsini imzalayaraq bu prosesdə iştirak etmişəm. Eyni zamanda, institutumuzun əməkdaşları da donor kimi qeydiyyatdan keçiblər. Bu, həm humanist, həm də vətəndaşlıq borcudur”, – deyə Fariz Babayev vurğulayıb.
O, həmçinin dializdə olan pasiyentlərin vəziyyətinə də toxunaraq bildirib ki, bu insanlar orqan çatışmazlığı səbəbindən gündəlik həyatda ciddi çətinliklərlə üzləşirlər: “Dializ xəstələri ilə görüşlər zamanı onların yaşadıqları ağır vəziyyət bir daha göstərir ki, cəmiyyətin bu məsələyə biganə qalmaması vacibdir. Hər bir vətəndaşın orqan donorluğu məsələsinə həssas yanaşması yüzlərlə insanın həyatını xilas edə bilər”.
Fariz Babayev bütün vətəndaşları donor olmağa və bu humanist addımı atmağa çağırıb.
Tədbirdə bildirilib ki, son illər Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən kompleks islahatlar nəticəsində irsi və qazanılmış xəstəliklərin müalicəsi, o cümlədən orqan və toxuma transplantasiyası xidmətlərinin inkişafı sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub. Dövlət səviyyəsində təsdiq edilmiş müvafiq proqramlar çərçivəsində bu sahədə infrastrukturun təkmilləşdirilməsi, ixtisaslı kadr potensialının artırılması, donor sisteminin formalaşdırılması və əhalinin maarifləndirilməsi istiqamətində məqsədyönlü işlər aparılır.
Görülən tədbirlər nəticəsində transplantasiya əməliyyatlarının əhatə dairəsi genişlənib, müxtəlif orqan və toxumaların, o cümlədən qaraciyər, böyrək və sümük iliyi transplantasiyalarının uğurla həyata keçirilməsi təmin olunub. Bu isə xəstələrin həyat keyfiyyətinin yüksəldilməsinə, sağlamlıqlarının bərpasına və ölüm hallarının azalmasına mühüm təsir göstərib. Transplantasiya əməliyyatına ehtiyacı olan şəxslərin vaxtında əməliyyata cəlb edilməsi, əməliyyatdan sonrakı dövrdə onların reabilitasiyası və cəmiyyətə sağlam şəkildə inteqrasiyası hazırda ölkənin səhiyyə siyasətinin prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanılır.
Qeyd edək ki, Azərbaycanda orqan transplantasiyası tarixinin başlanğıcı görkəmli alim, akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi ilə 1971-ci ildə Cənubi Qafqaz və Yaxın Şərq regionunda ilk dəfə böyrək transplantasiyası əməliyyatı uğurla icra edilib. Bu gün transplantasiya sahəsi ölkəmizdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Regionda ilk dəfə meyit donordan orqan götürülməsi və uğurlu transplantasiya əməliyyatı da məhz Azərbaycanda həyata keçirilib. Bu fakt ölkəmizin səhiyyə sisteminin yüksək səviyyədə olduğunu və tibb mütəxəssislərinin peşəkarlığını təsdiqləməklə yanaşı, xalqımızın humanist dəyərlərə sadiqliyini də nümayiş etdirir.
Hazırda orqan donorluğu və transplantasiya sahəsində fəaliyyət Səhiyyə Nazirliyinin tabeliyindəki Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən vahid şəkildə həyata keçirilir. Mərkəz tərəfindən həm hüquqi-normativ bazanın təkmilləşdirilməsi, həm də ictimai maarifləndirmə istiqamətində mühüm işlər görülür.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654