Hər il oktyabr ayının sonunda qeyd edilən Beynəlxalq Qurğuşunla Zəhərlənmənin Qarşısının Alınması Günü (International Lead Poisoning Prevention Week) dünyada ətraf mühitdə və gündəlik həyatımızda qurğuşuna məruz qalmanın təhlükələrinə diqqət çəkmək məqsədi daşıyır.
Azmedinfo.az xəbər verir ki, bu təşəbbüs Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və UNICEF tərəfindən dəstəklənir.
Qurğuşun (Pb) — təbiətdə olan, lakin insan orqanizmi üçün zərərli və toksik metaldır. Xüsusilə uşaqlar və hamilə qadınlar üçün təhlükəlidir, çünki sinir sistemi, beyin, böyrəklər və qan dövranı üzərində ciddi zərərli təsirlər yaradır.
Qurğuşun zəhərlənməsinin təhlükələri
Uşaqlarda intellektual inkişafın ləngiməsi, diqqət və yaddaş problemləri yaradır.
Böyüklərdə qan təzyiqinin artması, böyrək funksiyalarının pozulması və sinir sistemi zədələnməsi müşahidə olunur.
Qurğuşun hamiləlik dövründə plasenta vasitəsilə dölə keçərək, körpədə anadangəlmə pozğunluqlara səbəb ola bilər.
Qurğuşuna uzunmüddətli məruz qalma xroniki zəhərlənmə və ağır metal intoksikasiyası ilə nəticələnir.
Qurğuşun mənbələri
Boyalar və laklar: köhnə binalarda istifadə olunan qurğuşun tərkibli boyalar.
Su boruları: qurğuşun borular vasitəsilə içməli suya qarışa bilər.
Oyunqlar və plastik əşyalar: ucuz və keyfiyyətsiz məhsullarda qurğuşun izləri tapıla bilər.
Əlvan metal tullantıları və akkumulyator istehsalı: sənaye və tullantı yerlərində qurğuşun tozları havaya qarışa bilər.
Ətriyyat və bəzi kosmetik vasitələr: qeyri-sertifikatlı məhsullarda qurğuşun duzları ola bilər.
Qurğuşunla zəhərlənmənin qarşısının alınması üçün tövsiyələr
1. Ev şəraitində: Boya və təmir işlərində qurğuşunsuz materiallardan istifadə edin.
Tozların yığılmasının qarşısını alın, döşəmələri mütəmadi silin, xüsusilə uşaqların oyun oynadığı yerləri təmiz saxlayın.
Qurğuşun boruları olan köhnə sistemlərdə filtrlənmiş su istifadə edin.
2. Uşaqlar üçün: Uşaqlara yuyulmamış əşyaları ağızlarına almamağı öyrədin.
Oyunçaq və məktəb ləvazimatlarını sertifikatlı və təhlükəsiz məhsullardan seçin.
Qurğuşuna məruz qalmış ərazidə yaşayan uşaqları dönəmli olaraq həkim müayinəsinə aparın.
3. Qida və sağlamlıq baxımından: Kalsium, dəmir və C vitamini ilə zəngin qidalar orqanizmdə qurğuşunun mənimsənilməsini azaldır.
Su və qida saxlama qablarını metal və ya bilinməyən mənşəli materiallardan seçməyin.
4. Dövlət və cəmiyyət səviyyəsində: Qurğuşun tərkibli boyaların və yanacaq məhsullarının tam qadağan olunmasına dəstək verilməlidir.
Qurğuşun zəhərlənməsinin qarşısını almaq mümkündür. Bunun üçün həm fərdi, həm də ictimai səviyyədə məsuliyyətli davranış, maarifləndirmə və təhlükəsiz məhsul seçimi əsas şərtdir.
Bu gün Beynəlxalq Qurğuşunla Zəhərlənmənin Qarşısının Alınması Günü bir daha xatırladır ki, sağlam gələcək üçün təmiz mühit, təhlükəsiz ev və maarifli cəmiyyət vacibdir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654