Azərbaycanda orqan donorluğu və transplantasiya xidmətlərinin inkişafı istiqamətində mühüm addımlar atılır.
Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında “Orqan donorluğu: hüquqi və tibbi əsaslar” mövzusunda maarifləndirici tədbir keçirilib.
Azmedinfo.az Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumatına istinadən xəbər verir ki, tədbirdə orqan donorluğunun hüquqi-normativ bazası, beyin ölümü anlayışı, meyarları və diaqnostikası, habelə donorluğun mənəvi-etik tərəfləri müzakirə olunub.
Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev çıxışında beyin ölümünün tibbi mahiyyəti, diaqnostika prinsipləri barədə məlumat verərək reanimasiya şöbələrinin və intensiv terapiya komandalarının bu prosesdə üzərinə düşən peşəkar və etik məsuliyyəti vurğulayıb.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova vahid informasiya sisteminin tətbiqi və donor–resipient uyğunlaşdırılmasında şəffaf mexanizmlərin əhəmiyyətini qeyd edib. O, intensiv terapiya mütəxəssislərinə müraciətlə bildirib ki, həkimlərin əsas missiyası insan həyatını qorumaqdır: yaşatma mümkün olmadıqda isə beyin ölümü diaqnozu təsdiqlənmiş pasiyentlərin orqanlarının başqa insanlara həyat bəxş edə biləcəyini unutmamaq, bu prosesin hər mərhələsində peşəkarlıq və həssaslıqla hərəkət etmək lazımdır.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini Günay Abbasova beyin ölümünün tibbi meyarları və diaqnostikası barədə danışıb, beynəlxalq praktikalara uyğun testlər, klinik qiymətləndirmə parametrləri və süni nəfəs aparatlarının rolu haqqında məlumat verib. O, beyin ölümünün tarixi inkişafına qısa ekskursiya edərək, müasir protokolların pasiyent hüquqları və etik normalarla uzlaşdırıldığını qeyd edib.
Mərkəzin həkim- koordinatoru Mehriban Əliyeva orqan donorluğunun mənəvi-etik tərəflərinə toxunaraq vurğulayıb ki, bir donor bəzən bir neçə insanın həyatını xilas edir və ümidsiz ailələrə yenidən inam bəxş edir. O, real transplantasiya nümunələrinə istinad edərək, yeni orqanla həyatları dəyişən insanların sevincini, onların yenidən sərbəst nəfəs alma, sevdikləri ilə zaman keçirmə və cəmiyyətə fayda vermə imkanlarını təsvir edib.
Orqan gözləmə qeydiyyatında olan, hazırda dializ müalicəsi alan Xədicə Çıraqova tədbirdə çıxış edərək, “Mən də yaşamaq istəyirəm, mən də böyrək nəqli olunaraq normal həyata qayıtmaq istəyirəm” sözləri ilə dializ xəstələrinin yaşadığı ağrı-acını və ümidi dilə gətirib. Bu sözlər donorluğun necə böyük bir ümid mənbəyi olduğunu bir daha göstərib.
Daha sonra klinikanın həkimləri və tibb işçiləri ölümdən sonra donor olmaq üçün rəsmi razılıq ərizələrini imzalayıblar. Bu addım tibb ictimaiyyətinin şəxsi nümunə ilə donorluq mədəniyyətinin təşviqinə verdiyi dəstəyi nümayiş etdirib.
Tədbirdə orqan donorluğuna dair hüquqi-normativ bazanın təkmilləşdirilməsi, klinik protokolların yenilənməsi, ictimai maarifləndirmənin genişləndirilməsi və vahid informasiya sisteminin səmərəli tətbiqi kimi istiqamətlər üzrə əməkdaşlıq və koordinasiyanın daha da gücləndirilməsi barədə razılıq ifadə olunub.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654