Ankarada “1–31 oktyabr – Süd vəzi xərçəngi ilə bağlı fərqindəlik ayı” çərçivəsində xərçəngə qalib gəlmiş və müalicəsi davam edən xəstələrin, eləcə də tibb işçilərinin iştirakı ilə “çəhrayı yürüş” keçirilib.
Azmedinfo.az "T24"də istinadən yazır ki, xüsusi bir xəstəxananın təşkilatçılığı ilə Gölbaşı rayonundakı Eymir gölü sahilində baş tutan yürüşdə sağalan xəstələr, hazırda müalicə alanlar və tibb mütəxəssisləri iştirak ediblər. Qadın və kişilərdən ibarət onlarca nəfər çəhrayı köynəklər geyinərək göl ətrafında addımlayıb. Yürüş zamanı “Erkən diaqnoz həyat xilas edir” və “Gecikmə, sağlam qal” şüarları səsləndirilib, erkən diaqnozun əhəmiyyətinə diqqət çəkilib. Yürüşün sonunda iştirakçılara medal təqdim olunub.
Süd vəzi və endokrin cərrahı professor Ramazan Yıldız bildirib ki, süd vəzi xərçəngi yalnız bir ixtisasın müalicə edə biləcəyi xəstəlik deyil: “Süd vəzi xərçənginin müalicəsində radiyasiya onkologiyası, onkologiya, psixoterapiya, dietologiya və patoloji kimi bütün sahələrin birgə iştirakı vacibdir. Müalicə müddətində xəstənin psixoloji vəziyyəti çox önəmlidir. Xəstənin özünü buraxmaması lazımdır. Biz bu xəstəliyi komanda halında müalicə edə bilirik, lakin xəstə də ‘mən bu xəstəliyi məğlub edəcəyəm’ düşüncəsi ilə hərəkət etməlidir. Əgər bu inam varsa, uğur da mümkündür. Biz də bu prosesdə dəstək oluruq.”
52 yaşlı Hikmət Ünal Demir isə süd vəzi xərçənginə qalib gəldiyini bildirib. O, xəstəliyin rutin müayinələr zamanı aşkarlandığını deyib: “Əvvəlcə xoşxassəli bir törəmə kimi görünürdü. Lakin aparılan biopsiya və iki əməliyyatdan sonra cəmi üç həftə ərzində üçüncü mərhələli süd vəzi xərçəngi olduğu ortaya çıxdı. Pandemiya dövründə mütəmadi müayinələrimi bir qədər gecikdirmişdim. Halbuki illik müayinələrimi etdirirdim. Burada ‘Erkən diaqnoz həyat xilas edir’ ifadəsinin nə qədər doğru olduğunu anladım. Düzgün diaqnoz, düzgün əməliyyat, düzgün müalicə, öz səylərim və ailəmin dəstəyi ilə bu xəstəliyi arxada qoydum. Qadınlara demək istəyirəm ki, özlərini sevsinlər, bədənlərindəki dəyişiklikləri vaxtında hiss etsinlər və xərçəngdən deyil, gecikməkdən qorxsunlar.”
Hal-hazırda kimyaterapiya müalicəsi alan Günay Açık da yürüşdə iştirak edib. O, yuxunun, sosial həyatın pozitiv olmasının və sağlam qidalanmanın, eyni zamanda müntəzəm müayinələrin vacibliyinə diqqət çəkib: “Mənim fikrimcə stress də bu xəstəlikdə mühüm rol oynayır. Bunu şəxsi təcrübəmdən deyirəm. Bu xəstəlik mənim üçün bir dərs oldu. Bundan sonra həyata daha rahat və müsbət baxmağa qərar verdim və düşünürəm ki, buna nail oldum. Qadınlar da həyata bu baxışla yanaşmalıdır.”
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654