Səhiyyəmizdə iz salan görkəmli şəxsiyyət – Həsənağa Əliyevin əziz xatirəsi anılır
20 Fevral 2025
1844
Fevralın 20-də Əməkdar həkim, SSRİ-in fəxri neftçisi, Mərkəzi Neftçilər Xəstəxanasının yaradıcısı Həsənağa Əliyevin vəfatının 25-ci ildönümüdür.
Azmedinfo.az mərhum həkimin həyat hekayəsini təqdim edir:
Həsənağa Novruz oğlu Əliyev 1923-cü ildə Bakı şəhəri Binə kəndində anadan olub. O, 1941-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub və 1946-cı ildə təhsilini müvəffəqiyyətlə bitirib.
Müharibə illərindən sonra Azərbaycan neft sənayesi böyük sürətlə inkişaf etməyə başladığından neft işçilərinə keyfiyyətli və operativ tibbi yardım göstərilməsi üçün müəssisəyə böyük ehtiyac yaranır. 1951-ci ildə neftçilərin ümumi və peşə xəstəliklərinin müalicəsi işi gənc həkim Həsənağa Əliyevə tapşırılır. Bir müddət sonra H.Əliyev SSRİ Neft Sənayesi Nazirliyində neftçilər üçün xüsusi xəstəxana və poliklinikanın vacibliyi məsələsini qaldırır və 1956-cı ildə onun əzmkarlığı və gərgin zəhməti hesabına neftçilər üçün ilk tibbi-profilaktika müəssisəsi istifadəyə verilir. Əvvəlcə Neft Kəşfiyyatçılarının Birləşmiş Xəstəxanası adı altında fəaliyyət göstərsə də sonralar Mərkəzi Neftçilər Xəstəxanası adlandırılır.
1973-cü ildən etibarən MNX-da H.Əliyevin ixtira etdiyi maqnitoterapiya cihazı xəstəxana şəraitində müalicə üçün geniş tətbiq olunmağa başlanıb.
Həsənağa Əliyevin məsuliyyətli və işdə yorulmaz fəaliyyəti dövlət mükafatları ilə qeyd olunmuşdur. O, “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri, SSRİ fəxri neftçisi və “Əməkdar həkim” fəxri adına layiq görülmüşdür.
O, ömrünün sonunadək Mərkəzi Neftçilər Xəstəxanasının Baş həkimi vəzifəsində işləyib.
Onun adı Azərbaycan səhiyyə tarixində dərin iz qoymuş və xatirəsi daim ehtiramla anılacaqdır.
Mərkəzi Neftçilər Xəstəxanası
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654