Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş həkimi, baş direktorun müavini Nizami Məmmədovun sözlərinə görə, sümük sağlamlığını qoruma tədbirləri uşaqlıq və gənclik dövründən başlanmalıdır. Ekspertin fikrincə, məhz bu dövrdə orqanizmdə formalaşan maksimal sümük kütləsi gələcək yaşlarda osteoporozun qarşısını alan əsas amildir.
Azmedinfo.az xəbər verir ki, həkimin bildirdiyinə görə, osteoporoz uzun müddət simptomsuz keçən, lakin ciddi nəticələrə gətirib çıxaran “səssiz epidemiya” sayılır. Xəstəlik sümük toxumasının zəifləməsi və kövrəkləşməsi ilə müşahidə olunur, nəticədə minimal travma belə sınıqlara səbəb ola bilər. “Osteoporozun ən təhlükəli tərəfi ondadır ki, insan illərlə bu prosesi hiss etmir, yalnız sınıq baş verdikdə xəstəliyin mövcudluğu üzə çıxır”, – deyə N.Məmmədov vurğulayıb.
Mütəxəssis qeyd edib ki, xəstəliyin əsas risk qrupunu menopauza dövründə olan qadınlar, həmçinin hərəkətsiz həyat tərzi sürən, qidalanmasında kalsium və D vitamini çatışmazlığı olan şəxslər təşkil edir. Eyni zamanda siqaret, alkoqol və bəzi dərman preparatlarının uzunmüddətli qəbulu da sümük metabolizmini mənfi təsirləyir.
N.Məmmədovun sözlərinə görə, osteoporozun profilaktikası müalicədən daha təsirlidir. Uşaqlıqdan düzgün qidalanma, aktiv həyat tərzi, günəş işığından faydalanmaq və zərərli vərdişlərdən uzaq durmaq sümük sağlamlığının əsas şərtləridir. Orta və yaşlı yaşlarda isə densitometriya müayinəsi, həkim nəzarəti altında kalsium və D vitamini qəbulu tövsiyə olunur.
Ekspert sonda vurğulayıb ki, erkən diaqnostika, vaxtında müalicə və profilaktik tədbirlər osteoporozun qarşısını almaqda əsas rol oynayır: “Əgər hər bir insan sümük sağlamlığını qorumağı gündəlik həyatının tərkib hissəsinə çevirsə, gələcəkdə sınıq riski və həyat keyfiyyətinin azalması kimi təhlükələr minimuma enər.”
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654