Şəki Ürək Mərkəzi - regionda ürək sağlamlığının yeni ünvanı
20 Fevral 2025
1290
Ötən ilin iyul ayında istifadəyə verilən Şəki Ürək Mərkəzində bugünədək 400-ə qədər angioqrafiya və angioplastika əməliyyatları həyata keçirilib. Bu dövr ərzində tibb müəssisəsinin Ürək cərrahiyyəsi şöbəsinə ümumilikdə 50-dən çox pasiyentin stasionar qəbulu baş tutub. Həmin xəstələrə aorta şuntlama əməliyyatı icra olunub.
Azmedinfo.az xəbər verir ki, eyni zamanda Şəki və ətraf rayonlardan 100-dən çox pasiyent miokard infarktı, kardiogen şok vəziyyəti və s. şikayətlərlə məhz bu mərkəzə təxliyə edilib.
Ən müasir tibbi avadanlıqlarla təmin olunan Şəki Ürək Mərkəzi təcrübəli və çevik tibbi heyəti ilə birlikdə 7/24 saat vətəndaşlara xidmət göstərir. Tibb müəssisəsində 5 həkim, 40 tibbi personalı fəaliyyət göstərir.
Burada vətəndaşlara təqdim olunan bütün zəruri tibbi xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır.
Xatırladaq ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının nəzdində Şəki Ürək Mərkəzinin açılışı TƏBİB tərəfindən həyata keçirilən regional “Ürək Mərkəzləri” layihəsi çərçivəsində ötən ilin 19 iyul tarixində baş tutub.
Mərkəzin açılışı zamanı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirmişdi ki, Mərkəzdə invaziv kardiologiya, invaziv aritmologiya, ürək-damar cərrahiyyəsi, koronar angioqrafiya, koronar angioplastika, perikardiosentez kimi kardioloji xidmətlər, eləcə də maqnit rezonans tomoqrafiyası (MRT) və kompüter tomoqrafiyası (KT) kimi radioloji xidmətlərin göstərilməsi imkanları var.
Qeyd edək ki, əvvəllər Şəki və ətraf rayonlarda ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, əsasən, paytaxt Bakıya təxliyə edilirdi. Artıq onlar üçün ən yaxın ünvanda keyfiyyətli və əlçatan tibbi xidmət təşkil olunub.
Bir ömür xidmətinizdə...
TƏBİB
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654