Ürəyin ömür boyu vəziyyətini müəyyən edən əsas dövr 17–25 yaş aralığı hesab olunur.
Azmedinfo.az xəbər verir ki, bu barədə "The Conversation" nəşrinə Cənubi Karolina Universitetinin tibb bacılığı kafedrasının dosenti Cüel Skott məlumat verib.
Onun sözlərinə görə, ürək sağlamlığının pisləşməsi uzunmüddətli prosesdir və bu, qəfil baş vermir, tədricən, çox vaxt insanın xəbəri olmadan inkişaf edir. Bir sıra tədqiqatlar göstərib ki, bu dönüş nöqtəsi artıq 17 yaşında başlayır. Məhz bu gənc yaşdan etibarən qidalanma keyfiyyəti, fiziki aktivlik, yuxu və qan təzyiqi ilə bağlı göstəricilərdə azalma müşahidə olunur.
Orta məktəbi bitirənə qədər bir çox insanlarda artıq ilk risk amilləri formalaşır. Ən çox rast gəlinən hal isə aterosklerozdur. Bu zaman qan damarlarında piy lövhələri əmələ gəlir, qan dövranını çətinləşdirir və infarkt riskini artırır.
Mütəxəssisin sözlərinə görə, əsas səbəblərdən biri piylənmədir. Bundan əlavə, oturaq həyat tərzi, tez-tez fastfud, alkoqol və nikotin qəbulu da risk amilləri sırasındadır.
Tədqiqatçıları xüsusilə narahat edən məqam gənclər arasında nikotin istifadəsinin artmasıdır. ABŞ-da 2002–2018-ci illər arasında 18–23 yaşlılar arasında siqaret, veyp və digər nikotin məhsullarından istifadə edənlərin faizi demək olar ki, iki dəfə artıb. Nikotin isə damarların vəziyyətinə mənfi təsir göstərir və aterosklerotik lövhələrin yaranmasını sürətləndirir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654