Britaniyalı ailə həkimi Babak Aşrafi soyuq mövsümdə hər gün ən azı on dəqiqə açıq havada gəzməyi tövsiyə edib.
Azmedinfo.az "The Guardian" nəşrinin məlumatına istinadən yazır ki, mütəxəssisin sözlərinə görə, qısa müddətli gəzintilər həm fiziki, həm də emosional sağlamlıq üçün faydalıdır onlar apatiya və mövsümi soyuqdəymələrin riskini azaldır.
Həkim bildirib ki, təmiz hava və gün işığı orqanizmdə D vitamini sintezi və immun sisteminin normal fəaliyyəti üçün vacibdir.
“İstər hava tutqun, istərsə də sərin olsun, az da olsa açıq havaya çıxmaq, təbii işıq qəbul etmək və bir qədər hərəkət etmək vacibdir,” – deyə həkim vurğulayıb.
O, gündəlik gəzintilərlə yanaşı, qripə qarşı peyvənd olunmağı və əsas gigiyena qaydalarına əməl etməyi, xüsusilə ictimai nəqliyyatda səyahətdən və izdihamlı yerlərə getdikdən sonra əlləri sabunla tez-tez yumağı məsləhət görüb. Bu sadə tədbirlər viruslara yoluxma riskini əhəmiyyətli dərəcədə azaldır.
Həkim sağlamlığın əsasını təşkil edən üç vərdişi də xatırladıb. Bunlar balanslaşdırılmış qidalanma, yaxşı yuxu və müntəzəm fiziki aktivlikdir. Xüsusilə qış aylarında orqanizmin vitamin və minerallarla təmin olunmasına diqqət yetirmək vacibdir.
Ekspert həmçinin qeyd edib ki, bir çox insanlar vitamin əlavələrinin faydasını şişirdirlər. Qida rasionu kasıb olan insanlarda bu əlavələr çox vaxt effektiv olmur.
“Vitaminləri mümkün qədər qidalar vasitəsilə qəbul etmək, əlavələrə isə yalnız təsdiqlənmiş çatışmazlıq halında müraciət etmək daha doğrudur,” – deyə həkim əlavə edib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654