Süd vəzi xərçəngi dünyada ən çox rast gəlinən bədxassəli şişlər arasında aparıcı yer tutur. Bu xəstəlik ölüm hallarına görə beşinci yerdə qərarlaşır və illər keçdikcə həm dünyada, həm də Azərbaycanda yayılma tendensiyası artır. Bu səbəbdən süd vəzi xərçəngi problemi təkcə tibbi deyil, həm də sosial baxımdan son dərəcə aktual hesab olunur.
Azmedinfo.az-a açıqlamasında bu fikirləri radioloq, tibb üzrə fəlsəfə doktoru Günel Əliyeva bildirib.
Həkimin sözlərinə görə, xəstəliyin qarşısının alınmasında radioloqların əsas vəzifəsi onun erkən mərhələdə aşkarlanmasıdır. Bu məqsədlə dünyada artıq 1960-70-ci illərdən etibarən skrininq proqramları tətbiq edilir və aparılan elmi tədqiqatlar bu proqramların ölüm hallarını 30%-ə qədər azaltdığını təsdiqləyib.
“Azərbaycanda da bu istiqamətdə mühüm işlər görülür. Milli Onkologiya Mərkəzi və digər tibb müəssisələri ilə yanaşı, biz radioloqlar da qadınlar arasında maarifləndirmə işlərinə xüsusi önəm veririk. Məqsədimiz yalnız erkən diaqnostikanı təmin etmək deyil, həm də qadınlarımızı vaxtında müayinəyə cəlb etməklə düzgün marşrutlaşdırmanı həyata keçirməkdir”, – deyə radioloq qeyd edib.
Bildirib ki, hazırda ölkədə, o cümlədən Bakı Sağlamlıq Mərkəzində, müasir 3D mamoqrafiya, ultrasəs müayinəsi və biopsiya imkanlarına malik kabinetlər fəaliyyət göstərir: “Bu texnologiyalar sayəsində biz qadınlarımıza daha dəqiq diaqnostika və effektiv xidmət göstəririk. Süd vəzi xərçənginin müalicəsində əsas məsələ düzgün diaqnostik algoritmin qurulmasıdır.”
Günel Əliyeva həmçinin qadınlara yaşa uyğun profilaktik müayinələrin vacibliyini xatırladır: “20 yaşdan yuxarı xanımlar ildə bir dəfə ultrasəs müayinəsindən keçməli, 40 yaşdan yuxarı qadınlar isə ildə bir dəfə 2D və ya 3D mamoqrafiya etdirməlidirlər. Toxuma sıxlığından asılı olaraq əlavə ultrasəs müayinəsi də aparılır. Əgər hər hansı dəyişiklik aşkarlanarsa, həmin xanımlar ya müşahidəyə götürülür, ya da vaxtında onkoloqa yönləndirilir.”
Sonda həkim qadınlara müraciət edərək vurğulayıb: “Hər bir qadın ailənin dayağı, həyatın bəzəyidir. Öz sağlamlığımıza biganə qalmayaq. Vaxtında müayinədən keçmək və mütəxəssislərə müraciət etmək həyat qurtarır.”
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654