Soyuq havaların yaxınlaşması ilə bədənin yükü artır, gün işığı azalır, temperatur düşür, virus infeksiyalarının sayı çoxalır. Mütəxəssislər bildirirlər ki, bu dövrdə immun sistemini əvvəlcədən möhkəmləndirmək vacibdir. Bunun üçün düzgün qidalanma, fiziki aktivlik, sağlam yuxu və xəstəliklərin profilaktikası mühüm rol oynayır.
Azmedinfo.az "İsvestiya" nəşrinə istinadən yazır ki, immunoloq Oksana Visalova vurğulayıb ki, immunitetin güclü qalması qidalanmadan birbaşa asılıdır. O, tərəvəz, meyvə, göyərti və C, D, A, E vitaminləri ilə zəngin məhsulların yağlı balıq, turş kələm, göbələk və yaşıl tərəvəzlərin rasionda olmasını tövsiyə edib. Qidalanma ilə yanaşı, kifayət qədər maye qəbul etmək, isti içkilərə üstünlük vermək və alkoqolu məhdudlaşdırmaq da vacibdir.
Dietoloq-endokrinoloq Angelina Vodolazskayanın sözlərinə görə, qışda immunitet temperatur fərqləri və virus aktivliyi səbəbindən daha zəif olur, buna görə hərəkətsiz qalmaq olmaz. Gündəlik açıq havada gəzinti və yüngül fiziki fəaliyyət orqanizmin müqavimətini artırır.
Vaksinoloq Yevgeni Timakov isə bədəni soyuğa tədricən öyrəşdirməyi, məsələn, boğazı sərin su ilə qarqara etməyi immunitet üçün faydalı hesab edir.
Terapevt və immunoloq Yuliya Astapova bildirib ki, yuxu rejiminin sabit qalması hormon balansına və bədənin bərpasına kömək edir. O, gündə 7–8 saat yatmağı və yatmazdan əvvəl elektron cihazlardan uzaq durmağı məsləhət görür.
Terapevt Natalya Lyubimova isə xəstəliklərin qarşısını almaq üçün ildə ən azı bir dəfə profilaktik müayinə keçməyi tövsiyə edib. Həkimlər xəbərdarlıq edirlər ki, immonustimulyatorların özbaşına qəbulu təhlükəli ola bilər.
Rusiya Səhiyyə Nazirliyi qış mövsümünə hazırlıq üçün həkimlə məsləhətləşməyi, lazımi analizlər verməyi və ehtiyac olduqda qripə qarşı peyvənd olunmağı tövsiyə edir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654