Koxlear implantasiya eşitmə itkisi olan şəxslərdə eşitmənin bərpası üçün tətbiq olunan ən müasir və effektiv tibbi üsullardan biridir. Əməliyyat anadangəlmə ağır dərəcəli ikitərəfli eşitmə azlığı olan uşaqlara və eşitmə cihazlarından fayda görməyən, ikitərəfli ağır eşitmə itkisi olan şəxslərə icra edilir. Uşaqlarda yaş həddi 5 yaş (nitq qabiliyyəti yoxdur), böyüklərdə isə bu hədd 65 yaş kimi müəyyən edilir. 2025-ci ilin birinci yarısında eşitmə qabiliyyətinin bərpası üçün 66 nəfərə icbari tibbi sığorta hesabına koxlear implantasiya əməliyyatı icra olunub.
Azmedinfo.az xəbər verir ki, İcbari Tibbi Sığorta Agentliyinin məlumatına görə, diaqnozu təyin etmək üçün pasiyentlər ilk növbədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrinə və ya Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarına müraciət etməlidirlər. Diaqnozun təyini məqsədilə icbari tibbi sığorta hesabına Bera test, kompüter tomoqrafiyası (KT), maqnit rezonans tomoqrafiyası (MRT) və audiometriya müayinələri aparılır. Diaqnoz təsdiqləndikdən sonra əməliyyatın icrası İTSDA ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) göndəriş əsasında təmin edilir. Əməliyyat tibbi göstərişə və təhlükəlilik dərəcəsinə görə növbəlilik prinsipi ilə həyata keçirilir.
Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, daxili cihaz (implant sistemi) və cihazın yerləşdirilməsindən 1 ay sonra təmin edilən üst cihaz (nitq prosessoru) icbari tibbi sığorta ilə qarşılanır. Məlumat üçün bildirək ki, nitq prosessoru yalnız implantasiya əməliyyatı zamanı quraşdırılır və bu zaman icbari tibbi sığorta ilə qarşılanır. Əməliyyatdan sonrakı dövrlərdə nitq prosessorunun sıradan çıxması və ya yenisi ilə əvəz olunması halları icbari tibbi sığorta təminatına daxil deyil.
Əməliyyatdan sonra pasiyentlər icbari tibbi sığorta çərçivəsində 12 aylıq reabilitasiya dövrünə cəlb olunurlar. Bu müddətdə cihazda 3 dəfə səs tənzimlənməsi təmin edilir, habelə 36 seans loqoped və 36 seans psixoloq xidməti həyata keçirilir. Loqoped və psixoloq əsasən nitq qabiliyyəti olmayan uşaqlar üzərində işləyirlər. Bu zaman loqoped və psixoloq tərəfindən uşaqların eşitmə qavrayışı və nitqi inkişaf etdirilir, davranış, qavrama və ünsiyyət bacarıqlarının gücləndirilməsi üçün işlər aparılır.
Koxlear implantasiya əməliyyatı və reabilitasiya sayəsində eşitmə və danışma məhdudiyyəti olan şəxslər sosial həyata aktiv şəkildə qoşularaq, şəxsi inkişaf imkanlarını genişləndirə bilirlər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654