Neoadyuvant kimyaterapiya şişin ölçülərini azaltmaq, həmçinin cərrahiyyədə süd vəzinin qorunub saxlanmasına müvəffəq olan əməliyyatların sayını günbəgün artırmaq bacarığına görə son illərdə dünya tibbində onkoloqların ən mühüm silahına çevrilib. Bundan əlavə, ilkin şişin və limfa düyünlərinin sistemli müalicəyə reaksiyasını qiymətləndirməkdə bir sıra üstünlüklərə malikdir. Neoadyuvant kimyaterapiyaya yüksəksəviyyəli tam patoloji cavab süd vəzi xərçəngində ən etibarlı sağqalım proqnozlaşdırıcısıdır.
Azmedinfo.az xəbər verir ki, Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin sədri, Liv Bona Dea Hospitalın şöbə müdiri Altay Əliyevin rəhbərlik etdiyi tədqiqatçılar qrupunun apardığı elmi araşdırmaların nəticələri dünyanın ən qabaqcıl beynəlxalq xülasələndirmə bazalarında yer alan yüksək impakt faktorlu "Avrasiya tibbi tədqiqatlar jurnalı"nda işıq üzü görüb.
Azərbaycanlı alimlərin əldə etdikləri elmi yeniliklər 2016-2023-cü illərdə süd vəzi xərçənginə görə Liv Bona Dea Hospitalda müalicə alan xəstələrdə neoadjuvant kimyaterapiyadan sonra əldə edilmiş uğurlu nəticələrin elmi-klinik nəticələrə söykənir. Qeyd edək ki, sonradan cərrahiyyə əməliyyatı keçirməyən xəstələr tədqiqatdan çıxarılıb. Beləliklə, aparılan tədqiqat ümumilikdə orta yaş həddi 47 olan 151 xəstəni özündə birləşdirib. Onların yalnız 3%-də I dərəcəli şiş (n=4), 37%-də III dərəcəli şiş (n=57), böyük əksəriyyətində isə II dərəcəli şiş (60%, n=90) aşkarlanıb.
"Süd vəzi xərçənginin alt tipləri arasında neoadyuvant kimyaterapiyadan sonra patoloji cavab və sağqalma: Azərbaycandan klinik-patoloji və sağqalma göstəricilərinin təhlili" adlı məqalədə müəlliflər aparılan tədqiqatın bütün mərhələrini və informasiya bazasını hərtərəfli şərhini veriblər.
Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin mütəxəssislərindən və Liv Bona Dea Hospitalın həkimlərindən ibarət tədqiqatçı qrupunun qazandığı elmi nəticələri özündə əks etdirən adıçəkilən məqalənin tam mətnini buradan oxuya bilərsiniz.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654