Uşaq yıxıldıqda panikaya düşmədən, əvvəlcə görünən xəsarətləri diqqətlə yoxlamaq, açıq yara, şişlik və ya göyərmə olub-olmadığını müəyyən etmək lazımdır.
Azmedinfo.az xəbər verir ki, “Harmony Health Hospital”ın pediatrlarının bildirdiklərinə görə, uşaqların aktivliyi artdıqca yıxılmalar da təbii hal alır, lakin bu zaman valideynlərin reaksiyası vəziyyətin gedişatında həlledici rol oynayır.
Həkimlər baş travmasına da xüsusi diqqət yetirməyi məsləhət görürlər. Əgər uşaqda huş itkisi, qarışıqlıq, qusma və ya yuxululuq müşahidə edilirsə, bu, dərhal tibbi müdaxilə tələb edir. Eyni zamanda, uşağın qol və ayaqlarını sərbəst hərəkət etdirib-etdirmədiyini yoxlamaq, davranışında yuxululuq, əsəblik və ya çaşqınlıq kimi dəyişikliklər varsa, pediatra və ya travmatoloqa müraciət etmək vacibdir. Qanaxma hallarında isə təmiz parça ilə yüngül təzyiq tətbiq etmək və gecikmədən həkimə müraciət tövsiyə edilir.
Maarifləndirici qeyd
Pediatrların fikrincə, körpələr (0–6 ay) çevrilməyə başladıqda yataq və dəyişdirmə masasından yıxılma riski daşıyır. İməkləmə dövründə (6–12 ay) pilləkənlər və mebellər təhlükə mənbəyinə çevrilir. Yeni yeriməyə başlayan uşaqlar (1–3 yaş) üçün yürütəclər ciddi xəsarət riski yaradır. Məktəbəqədər dövrdə (3–7 yaş) uşaqlara təhlükəsizlik qaydaları öyrədilməli, 7–14 yaş arası dövrdə isə idman və oyun zamanı ciddi travmaların qarşısını almaq üçün valideyn nəzarəti gücləndirilməlidir.
Pediatrlar qeyd edirlər ki, düzgün və vaxtında göstərilən ilkin reaksiya uşağın sağlamlığını qorumağın ən effektiv yoludur.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654