Havanın güclü çirklənməsi qəfil ürək dayanması ehtimalını artırır.
Azmedinfo.az xəbər verir ki, bu nəticə Milan Politexnik Universitetinin əməkdaşlarından ibarət bir qrupun apardığı və Global Challenges (GC) jurnalında dərc olunan araşdırmada qeyd olunur.
Tədqiqatçılar 3 il ərzində Lombardiyada baş vermiş 37 613 xəstəxanadankənar ürək dayanması hadisəsini analiz ediblər. Hər bir hadisə üçün sutkalıq hava çirkləndirici maddələrin konsentrasiyası müəyyən edilib. Bu prosesdə Avropanın Copernicus peyk proqramından əldə olunan məlumatlar kömək edib.
Araşdırmada alimlər PM2.5 və PM10 adlı ən xırda hava hissəciklərinin təsirini öyrəniblər. Bu hissəciklərin diametri uyğun olaraq 2,5 və 10 mikrometrdən kiçikdir və onlar tənəffüs yollarına dərindən nüfuz edərək iltihabi reaksiyalara səbəb olurlar. Mütəxəssislər həmçinin azot dioksidi, ozon və qarbonmonoksidin konsentrasiyasını da izləyiblər. Tədqiqat qrupu tərəfindən hazırlanmış məkan-zaman statistik modelləri çirklənmə səviyyələrindəki dəyişikliklərin yaxın günlərdə ürək dayanması riskləri ilə necə əlaqəli olduğunu müəyyən etməyə imkan verib.
Ən güclü əlaqə azot dioksidi ilə müşahidə olunub. Onun konsentrasiyası hər kubmetr üçün 10 mikroqram artdıqda, növbəti 96 saat ərzində qəfil ürək dayanması riski 7% yüksəlib. Bərk hissəciklərin də təsiri qeydə alınıb: PM2.5 üçün risk artımı 3%, PM10 üçün isə 2,5% təşkil edib.
Effekt gözlənildiyi kimi şəhər ərazilərində daha aydın görünür, lakin müəyyən olunan əlaqələr şəhərdən kənarda da qismən özünü göstərir. Risklər xüsusilə isti mövsümdə artır, çünki yüksək temperatur çirkləndirici maddələrin təsirini gücləndirir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654