20 Noyabr – Beynəlxalq Pediatr Günü təkcə həkimlərimizin peşə bayramı deyil, həm də uşaq hüquqlarının və onların sağlamlığının qorunmasının vacibliyini bir daha xatırladan əlamətdar gündür. Pediatrlar körpələrimizin ilk nəfəsindən yeniyetməlik dövrünə qədər onların sağlam inkişafının keşikçiləridir. Onların bilik və zəhməti sayəsində neçə-neçə uşaq sağlam böyüyür, həyata inamla addımlayır.
Azmedinfo.az kollektivi olaraq, bu əlamətdar gündə hər bir pediatra çətin və şərəfli işlərində uğurlar, tükənməz enerji və sağlamlıq arzulayırıq!
Pediatrlar uşaqların fiziki və əqli inkişafını izləyir, xəstəliklərin profilaktikası və müalicəsi ilə məşğul olur, valideynləri maarifləndirirlər. Onların hər bir məsləhəti, hər bir müdaxiləsi uşağın gələcəyinə yönəlmiş ən dəyərli sərmayədir.
Uşaqlarımızın xəstəliklərə qarşı daha dayanıqlı olması üçün valideynlərə pediatrların tövsiyələrinə əsaslanan bu 3 vacib addımı atmaq məsləhət görüür:
Tam və balanslaşdırılmış qidalanma
Uşağın immunitet sistemi üçün zülallar, vitaminlər (xüsusilə C və D), minerallar (sink, dəmir) və təbii yağlar həyati əhəmiyyət daşıyır. Menyuda təzə meyvə-tərəvəzlər, tam taxıllar, süd məhsulları və keyfiyyətli ət məhsulları mütləq olmalıdır. Şəkərli və işlənmiş qidalardan uzaq durmaq tövsiyə edilir.
Kifayət qədər yuxu və aktiv həyat tərzi
Uşaqların yaş qrupuna uyğun yuxu rejimi (məsələn, məktəbyaşlılar üçün 9-11 saat) immunitet hüceyrələrinin bərpası və güclənməsi üçün kritikdir. Hər gün açıq havada olmaq (hava şəraitindən asılı olmayaraq) və fiziki aktivlik (qaçış, oyun, idman) stressi azaldır və bədənin müqavimətini artırır.
Vaxtında vaksinasiya və pediatr müayinəsi
Peyvəndlər uşaqların yoluxucu xəstəliklərə qarşı ən etibarlı qalxanıdır. Peşəkar pediatrın təqdim etdiyi təqvimə uyğun olaraq bütün vaksinlərin vurulması vacibdir. Uşağın görünən heç bir şikayəti olmasa belə, profilaktik (müntəzəm) pediatr müayinələrini qaçırmayın. Bu müayinələr problemləri erkən mərhələdə aşkarlamağa və inkişafı izləməyə imkan verir.
Uşaqlarınızın sağlamlığı ilə bağlı hər hansı sualınız olduqda, ilk növbədə etibar etdiyiniz pediatra müraciət edin. Unutmayın ki, sağlam uşaqlıq sağlam gələcəyin təməlidir!
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654