20 Noyabr Dünya Pediatrlar Günündə uşaqların sağlamlığını qorumağa, hər bir ailəyə dəstək olmağa və ölkəmizin gələcəyini möhkəmləndirməyə ömrünü həsr edən bütün həkim-pediatrların bayramını hörmət və minnətdarlıqla qeyd edirik. Bu gün, yalnız bir peşənin bayramı deyil, həm də böyük fədakarlığın, mərhəmətin, bilik və müdrikliyin təntənəsidir.
Bu bayram xüsusilə əlamətdardır, çünki bu il həm də Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) 95 illik yubileyidir.
1930-cu ildə yaradılmış Assosiasiya ölkəmizdə pediatriya məktəbinin, elmi bazanın və müasir uşaq sağlamlığı sisteminin formalaşmasının əsasını qoydu. Məhz Assosiasiyanın təşəbbüsləri ilə aşağıdakı mühüm addımlar atıldı:
İlk pediatriya məktəbi və universitet kafedrası yaradıldı;
İlk peyvənd təqvimi formalaşdırıldı;
İlk milli dərsliklər və metodik vəsaitlər yazıldı;
Ölkənin uşaq sağlamlığına yönəlik bir çox əsas elmi və tədris layihələri həyata keçirildi.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın pediatriya elminin banilərindən olan akademik Adilə Namazovanın və Türkiyənin tanınmış alimi professor İhsan Doğramacının təşəbbüsü ilə Assosiasiya dünyanın aparıcı pediatrik təşkilatlarına üzv oldu. Bu addım Azərbaycanın beynəlxalq elmi arenaya çıxışında mühüm dönüş nöqtəsi oldu.
İllər ərzində Assosiasiya ölkəmizin ilk dövlət mükafatı laureatlarını yetişdirdi, Elm İnkişafı üzrə Avropa medalı, Uşaqların Sağlamlığının Qorunması üzrə Avrasiya medalı, beynəlxalq pediatrik cəmiyyətlərin və elmi qurumların çoxsaylı təşəkkür və mükafatlarını qazandı. Bu uğurlar Assosiasiyanın güclü elmi potensialının və ictimai əhəmiyyətli missiyasının bariz göstəricisidir.
Bu xüsusi gündə beynəlxalq tərəfdaşlarımıza — IPA, EPA, WHO, UNICEF, UNESCO və digər nüfuzlu təşkilatlara dərin təşəkkürümüzü bildiririk. Uşaq sağlamlığının qorunması, elmi əməkdaşlığın genişləndirilməsi və qlobal təşəbbüslərin dəstəklənməsində verdiyiniz töhfə bizim üçün son dərəcə qiymətlidir.
Əziz pediatrlar, Siz uşaqların səsi, ailələrin dayağı, gələcəyin qoruyucularısınız. Sizin fədakarlığınız, bilik və mərhəmətiniz sayəsində dünya daha sağlam, daha işıqlı və daha güvənli olur.
Bu əlamətdar gün və Azərbaycan Pediatrlar Assosiasiyasının şanlı 95 illik yubileyi münasibətilə hər birinizi təbrik edir, yeni nailiyyətlərə ruhlanmağınızı və uşaqların sağlam gələcəyi naminə birliyimizin daha da güclənməsini arzulayırıq.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654