Avstraliyalı alimlər ev pişiklərinin saxlanmasının ciddi təhlükə yarada biləcəyini müəyyən ediblər. Onlar şizofreniya və digər psixi pozuntuların inkişaf riskini demək olar ki, iki dəfə artırır.
Azmedinfo.az xəbər verir ki, tədqiqatın nəticələri *Schizophrenia Bulletin* jurnalında dərc olunub.
Kvinslend Psixi Sağlamlıq Tədqiqatları Mərkəzinin mütəxəssisləri 44 il ərzində 11 ölkədən olan alimlərin apardığı 17 elmi işi əhatə edən meta-analiz həyata keçiriblər. Araşdırma nəticəsində evdə pişiyin olması ilə şizofreniya ilə assosiasiya edilən pozuntuların yaranma ehtimalının artması arasında güclü korrelyasiya aşkarlanıb.
Pişiklərin psixi pozuntularla əlaqəli ola biləcəyi barədə hipotez hələ 1995-ci ildə irəli sürülmüşdü. Mümkün səbəbkar kimi "Toxoplasma gondii" (T. gondii) paraziti göstərilir. İnsan bu paraziti kifayət qədər bişirilməmiş ət vasitəsilə, çirkli su ilə, həmçinin yoluxmuş pişiyin dişləməsi və ya onun nəcisilə təmas zamanı qəbul edə bilər.
ABŞ-da təxminən 40 milyon insan bu parazitin daşıyıcısıdır və çox vaxt heç bir simptom hiss etmir. Lakin tədqiqatlar göstərir ki, T. gondii mərkəzi sinir sisteminə nüfuz edə və neyromediatorlara mənfi təsir göstərə bilər. Nəticələr arasında şəxsiyyət dəyişiklikləri, psixotik simptomlar, nevroloji xəstəliklər və o cümlədən şizofreniya qeyd olunur.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654