Sümük iliyi transplantasiyası onkoloji və hematoloji xəstəliklərin ağır gedişində tətbiq olunan həyati vacib tibbi xidmətlərdən biridir. Bu xəstəliklər zamanı sümük iliyinin normal qan hüceyrələrini istehsal etmək qabiliyyəti zəifləyir və pasiyentlərdə davamlı halsızlıq, qansızma meyilləri, tez-tez infeksiyalara yoluxma, sümük ağrıları və hərarət artımı kimi əlamətlər meydana çıxır. Belə hallarda müalicənin ən effektiv üsullarından biri sümük iliyi transplantasiyası hesab olunur.
Azmedinfo.az-a verilən məlumata görə, 2024-cü ildən bugünədək icbari tibbi sığorta hesabına 20-dən çox sümük iliyi transplantasiyası icra olunub. Əvvəllər əsasən xaricdə və yüksək maliyyə vəsaiti hesabına icra olunan sümük iliyi transplantasiyası hazırda Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzində icbari tibbi sığorta hesabına həyata keçirilir. Bu isə müasir tibbi xidmətlərin ölkə daxilində əlçatanlığını artırır, vətəndaşların maddi yükünü azaldır. Əməliyyata ehtiyac duyan pasiyentlər ilkin olaraq Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət etməlidir. Müvafiq sənədlər təqdim edildikdən sonra vətəndaş tibbi göstəriş əsasında tibb müəssisəsinə yönləndirilir və müvafiq tibbi xidmətlər icbari tibbi sığortanın təminatı ilə həyata keçirilir.
Əməliyyatın icrası üçün pasiyentlər əvvəlcə geniş diaqnostik müayinələrdən keçirlər. Qanın ümumi və biokimyəvi analizi, immunoloji testlər, sümük iliyi biopsiyası, donor-resipiyent uyğunluğunun müəyyən edilməsi üçün HLA tipizasiyası, həmçinin KT və MRT kimi instrumental müayinələr aparılır.
Transplantasiya ilə bağlı diaqnostik müayinələr, həm donor, həm də resipiyentin əməliyyatı, əməliyyat zamanı istifadə olunan dərman, tibbi sərf və qidalanma icbari tibbi sığorta çərçivəsində qarşılanır. Qeyd edək ki, sümük iliyi transplantasiyası yalnız tibbi göstəriş əsasında həyata keçirilir.
Transplantasiyanın iki növü mövcuddur: 1. Otoloji - yəni pasiyentin öz hüceyrələrinin toplanaraq ona köçürülməsi; 2. Allogenik – yəni uyğun donordan götürülən hüceyrələrin köçürülməsidir. Əməliyyat zamanı pasiyent steril şəraitdə yerləşdirilir və yeni hüceyrələrin köçürülməsi həyata keçirilir. Növbəti 2-3 həftə ərzində yeni sümük iliyinin yerləşməsi izlənilir. Bu müddətdə pasiyentlər 45-60 gün havalandırma sistemi ilə təchiz olunmuş xüsusi palatalarda saxlanılır.
Əməliyyatdan sonrakı dövrdə xəstələr 2 ilə qədər həkim nəzarətində qalırlar. Həkimlərin müşahidələrinə görə sümük iliyi transplantasiyası olan pasiyentlərin çoxunda uzunmüddətli remissiya əldə olunur və həyat keyfiyyətləri əhəmiyyətli dərəcədə yaxşılaşır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654