Valideynlərin humanizm dərsi
01 Dekabr 2025
416
11 aylıq körpə Duru üçün adi bir gün bir anda faciəyə çevrildi. Yatağında üzü üstə dönərək nəfəs ala bilməyən körpənin ürəyi dayandı. Ailə dərhal onu xəstəxanaya çatdırdı. Sürətli tibbi müdaxilə ilə Durunun ürək döyüntüləri bərpa edilsə də, vəziyyəti kritik olaraq qalırdı.
Azmedinfo.az orqan donorluğunun əhəmiyyətini vurğulayan hekayəyə diqqət çəkib:
Reanimasiya şöbəsində bir ay boyunca körpə Durunun müalicəsi aparıldı. Amma həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı və beyin ölümü baş verdi. Ata-ana insanpərvər bir qərar verdilər- qızlarının orqanlarını bağışladılar.
“Dörd ildir evliyik və Duru ilk övladımız idi. Qızımızı xilas etmək mümkün olmadı, amma həyat uğrunda mübarizə aparan başqa körpələr gözümüzün önünə gəldi. Biz də eyni vəziyyətdə ola bilərdik. Empati hissi ilə bu qərarı verdik. Durunun ürəyi 2 yaşlı bir qızcığaza köçürüldü. Mən qızımın bədənini torpağa verdim, amma bədənindən bir parçanın başqa uşaqlara ümid olub onları yaşatması bizə təsəlli verdi. Bu addımın başqalarına da nümunə olmasını istəyirik”, - deyə ata danışır.
Beləcə, cəmi 11 ay yaşayan Duru, ölümündən sonra böyük bir miras qoydu- dörd uşağı yaşadan həyat mirası.
Qeyd edək ki, bu hadisə 2024-cü ildə Türkiyənin Konya vilayətində qeydə alınıb.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654