Onkohematoloji xəstəliklər – qan, limfa və onlara yaxın toxumalarda yaranan bədxassəli şişlərdir (məsələn, leykemiya, limfoma, çoxsaylı mieloma və s.). Bu xəstəliklər mənşəyinə, yayılma tezliyinə və gedişinə (xroniki və ya kəskin) görə fərqlənir. İlk simptomları bir çox digər xəstəliklərdə də müşahidə olunan halsızlıq, ümumi zəiflik, səbəbsiz qızdırma, gecə tərləmələri və s. ola bilər. Erkən diaqnostika və vaxtında tibbi müdaxilə xəstəliyin gedişatında həyati əhəmiyyət daşıyır.
Azmedinfo.az Agentliyin məlumatına istinadən yazır ki, bu qrup xəstəliklərin diaqnostikası icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata alınıb. Xidmətlər Zərfi çərçivəsində pasiyentlərə ilkin mərhələdə hematoloq və ya onkoloq tərəfindən müayinə aparılır, zəruri laborator və instrumental-diaqnostik müayinələr icra edilir. Diaqnostika prosesinə qanın ümumi və biokimyəvi analizi, koaquloqramma (laxtalanma), eləcə də qanın morfoloji analizi daxildir. Bundan əlavə, sümük iliyi biopsiyası, immunofenotipləmə, sitogenetik və molekulyar testlər vasitəsilə xəstəliyin növü və mərhələsi müəyyənləşdirilir. Leykemiya və limfoma üçün periferik qan, sümük iliyi və bədən mayesindən aparılan panellər, eləcə də digər laborator müayinələr Xidmətlər Zərfinə daxildir və bu xəstəliklərin diaqnostikası üçün vacib sayılır. İnstrumental-diaqnostik müayinələrdən daha çox ultrasəs, rentgen, kompüter tomoqrafiyası (KT), maqnit-rezonans tomoqrafiyası (MRT) istifadə olunur.
Müasir laborator və görüntüləmə üsulları sayəsində xəstəliklər erkən mərhələdə aşkarlanır və müalicə prosesi daha dəqiq müəyyən edilir. Bu müayinələr nəticəsində əldə edilən məlumatlar həkimlərə xəstəliyin gedişatını izləməyə, orqanizmdə yaranan dəyişiklikləri vaxtında müəyyənləşdirməyə və düzgün müalicə taktikasını seçməyə imkan verir.
Sözügedən tibbi xidmətlər tibbi göstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarında və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət qurumlarının tabeliyindəki) icra olunur.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654