Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi, Azərbaycan Pediatrlar Assosiasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Pediatriyada müasir yanaşmalar və multidisiplinar inteqrasiya” mövzusunda konfrans keçirilib.
Azmedinfo.az xəbər verir ki, konfransda millət vəkilləri - Hicran Hüseynova, Müşfiq Məmmədli, Mehriban Vəliyeva, Səbinə Salmanova, eləcə də Türkiyə və Azərbaycanın pediatriya sahəsində tanınmış alimləri və həkimləri geniş heyətlə iştirak ediblər.
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbirdən öncə iştirakçılar Mərkəzin qarşısında ucalan Ulu Öndər Heydər Əliyevin heykəli önünə əklil qoyaraq onun əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib.
Konfransın açılışında çıxış edən millət vəkilləri Ulu Öndər Heydər Əliyevin anım gününün ümumxalq yaddaşındakı yerini xüsusi vurğulayıblar, onun səhiyyə sisteminin inkişafına göstərdiyi tarixi töhfələri qeyd ediblər. Bu gün də həmin əsas üzərində qurulan səhiyyə siyasətinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti sayəsində böyük uğurla davam etdirildiyi, vətəndaşların sağlamlığının qorunmasının daim dövlət prioritetlərindən biri olduğu vurğulanıb.
“Uşaqlar bizim gələcəyimizdir” devizi altında tədbirdə çıxış edən Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə Ümummilli lider Heydər Əliyev Azərbaycanın səhiyyə strategiyasının formalaşmasında müstəsna rolundan danışıb. Qeyd edib ki, Ulu öndər həm də uşaqların sağlamlığına dair xüsusi qayğısı ilə yadda qalıb. Onun müəyyən etdiyi kurs bu gün də səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətini təşkil edir. Bu təməl siyasət, hər bir vəzifə sahibinin üzərinə böyük bir məsuliyyət qoyaraq, Ulu Öndərin ideyalarına sədaqətli xidmətin vacibliyini xatırladır.
Alim çıxışında Ulu Öndər Heydər Əliyevin göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan Pediatrlar Assosiasiyasının fəaliyyətinin yüksəliş mərhələsinə qədəm qoyduğunu, beynəlxalq əlaqələrinin möhkəmləndiyini deyib.
Daha sonra Təranə Tağı-zadə tədbirin mövzusu olan pediatrik xidmətin müasir çağırışları və multidisiplinar yanaşmanın əhəmiyyətini vurğulayıb. Konfransın müxtəlif sahələr üzrə mütəxəssislərin birgə müzakirələri ilə erkən diaqnostika və innovativ müalicə üsullarının tətbiqində yeni imkanlar yaradacağına əminliyini ifadə edib.
Alim “Neyroinkişaf pozuntusu olan uşaqların hüquq və ləyaqəti. Həkim-xəstə münasibətləri” mövzusunda məruzə ilə çıxışını davam etdirib. Vurğulayıb ki, bu kateqoriyaya aid uşaqlara münasibətdə hüquqi məsuliyyət, tibbi etika və insani dəyərlər vəhdət təşkil etməli, həkim-xəstə əlaqələri qarşılıqlı etimad və hörmət əsasında qurulmalıdır.
ATU-nun Tədris Terapevtik Klinikasının invaziv uşaq kardioloqu Elnur İmanov “Pediatrik praktikada uşaqlarda kardiopatologiyanın diaqnostik meyarları” mövzusunda çıxış edərək, ürək patologiyalarının erkən aşkarlanmasının müalicənin effektivliyində həlledici rol oynadığını bildirib.
ATU-nun II uşaq xəstəlikləri kafedrasının dosenti, t.ü.f.d. Ülviyyə Hacıyeva “Uşaqlarda mövsümi virus infeksiyaları; ağırlaşmalar, diaqnostikası və müalicəsi” mövzusunda məruzə edərək, vaxtında diaqnostikanın ağırlaşmaların qarşısının alınmasında əsas amil olduğunu diqqətə çatdırıb.
Aydın Adnan Menders Universitetindən Dr. Kemal Avcı “Autizmdə autoimmun və mikrobiotaya yönəlik strategiyalar” mövzusunda çıxış edərək, müasir elmi yanaşmaların və innovativ startegiyaların autizmin kompleks mexanizmlərinin anlaşılmasına yeni imkanlar yaratdığını bildirib.
ATU-nun II uşaq xəstəlikləri kafedrasının dosenti, t.ü.f.d. Lalə Hidayətova “Funsional qastrointestinal xəstəliklər və psixoemosional faktorlar” mövzusunda danışaraq, bu amillərin uşaq sağlamlığına təsirindən bəhs edib.
Aydın Adnan Menders Universitetindən professor Murat Hökəlik “Autizmdə mikrobiota və infeksiyalar” mövzusunda elmi məruzə ilə çıxış edərək, bağırsaq mikroflorasının autizmli uşaqlarda neyroinkişafa təsir mexanizmlərini, infeksiyalarla əlaqəsini və müalicə üçün potensial hədəfləri elmi dəlillərlə izah edib.
Dr. Yetkin Hamletzadə “Epilepsiyanın müalicəsində yeniliklər” mövzusunda məruzəsində son dövrlərdə tətbiq olunan müasir terapevtik yanaşmaları təqdim edib.
Tədbirin ikinci panelində multidissiplinar yanaşmanın əhəmiyyəti müzakirə olunub.
Dr. Səbinə Cəfərova “Covid-19 və multisistem iltihabi sindromun immunoloji xüsusiyyətləri” mövzusunda təqdimatında xəstəliyin uşaqların immun sisteminə təsir mexanizmlərindən danışıb.
Dr. Röyanə Quluzadə “Autizm Spektr Pozuntuları və digər nevroloji xəstəliklərdə tDCS aparat terapiyası” mövzusunda təqdimatında neyrotexnoloji metodların beynin funksional bərpasında yaratdığı perspektivlərdən bəhs edərək, bu yanaşmanın praktik nəticələrini arqumentlərlə əsaslandırıb.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri Yeganə Abbasova “Orqan donorluğu və transplantasiyası işinin hüquqi əsasları” mövzulu çıxışında bu humanist sahənin hüquqi çərçivəsinin tibb mütəxəssisləri ilə yanaşı, cəmiyyət üçün də olduqca mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Dr. Elmir Təhməzov “Pozitiv valideynlik proqramı” çərçivəsində sağlam psixoloji mühitin formalaşdırılmasının uşağın sosial davranışlarına və emosional sabitliyinə təsiri kontekstində aktual yanaşmaları təqdim edib.
Dr. Ülkər Mürsəlova “Yenidoğulmuşlarda qeyri-epileptik hərəkət pozuntuları” mövzulu təqdimatında erkən diaqnostikanın gələcək nevroloji fəsadların qarşısının alınmasında həlledici rol oynadığını açıqlayıb.
Uzman Psixoloq Büşra Kaya “Müalicə prosesində valideyn-uşaq münasibətləri” mövzusunda psixoloji dəstəyin əhəmiyyətini, valideynlərin prosesdəki rolunu və sağlam ünsiyyət strategiyalarını əhatə edən praktik bilikləri iştirakçılarla bölüşüb.
Dr. Ləman Əlirzayeva “Uşaqlarda yetərsiz qidalanma: Malnutrisyanın dəyərləndirilməsi” mövzusunda uşaq sağlamlığı üçün kritik sayılan bu problemin erkən diaqnostika metodları və qidalanma vəziyyətinin düzgün qiymətləndirilməsinə dair məruzə edib.
Dr. Aytəkin Adilova “Bartter Syndrome” mövzusunda çıxışında nadir rast gəlinən, lakin ağır fəsadlar törədə bilən bu sindromun klinik xüsusiyyətlərini və müasir müalicə yanaşmalarını geniş təhlil edib.
ATU-nun II uşaq xəstəlikləri kafedrasının dosenti, t.ü.f.d. Fəxriyyə Məmmədova “Tez-tez xəstələnən uşaqlarda diaqnostik çətinliklər” mövzulu təqdimatında diaqnostika prosesində ortaya çıxan çətinlikləri aradan qaldırmaq üçün effektiv strategiyaları və immunitet sisteminin dəyərləndirilməsi yollarını izah edib.
Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzindən professor Mireldar Babayev “Uşaqlarda olan anemiya və bioloji çatışmazlıq” mövzusunda çıxış edərək, hematoloji pozğunluqların müasir təsnifatını, anemiya növlərini və bioloji çatışmazlıqların aradan qaldırılması ilə bağlı son yenilikləri diqqətə çatdırıb.
Tələbə Elmi Cəmiyyətinin sədri Həmid Səfərli çıxışında tələbələrin əldə etdiyi yeni elmi nailiyyətlərdən bəhs edərək, gənclərin elmi potensialının inkişafı üçün gələcək strategiyaları təqdim edib.
Konfransda təqdim olunan məruzələrdə pediatriyada müasir elmi yanaşmaların, innovativ texnologiyaların və multidisiplinar əməkdaşlığın uşaq sağlamlığına müsbət təsiri xüsusilə vurğulanaraq, bu sahədə beynəlxalq təcrübələrin tətbiqinin və mütəxəssislər arasında bilik mübadiləsinin əhəmiyyəti diqqətə çatdırılıb. Tədbirin həm yerli, həm də beynəlxalq təcrübə mübadiləsinə şərait yaratdığı, əldə olunan nəticələrin gələcək nəsillərin sağlamlığı üçün strateji əhəmiyyət daşıdığı bildirilib.
Tədbirdə vətənpərvərlik mövzusunda bədii hissə təqdim olunub.
Konfransda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova tədbirin keçirilməsi üçün lazımi şəraitin yaradılmasında göstərdiyi xüsusi qayğı və dəstəyə görə dərin minnətdarlıq bildirilib.
Eyni zamanda “Boulevard Medical Center” tibb mərkəzinin rəhbərliyinə və kollektivinə şəhid və qazi ailələrinin uşaqlarının kompleks müayinələrinin təşkilində göstərdiyi xüsusi dəstəyə görə təşəkkür edilib. Həmçinin konfransda Azərbaycan Pediatrlar Assosiasiyasının 95 illik yubileyi münasibətilə “Təşəkkürnamə”lər təqdim edilib.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətini əks etdirən film nümayiş olunub.
-
Tanınmış həkim, Milli Məclisin deputatı Rəşad Mahmudovdan çağırışƏn çox oxunanlar05 Yanvar 2026132
-
Azərbaycanda respirator infeksiyalar artıb - Metapnevmovirus təhlükəsiƏn çox oxunanlar08 Yanvar 2026122
-
Həkim influenza qrip virusunun risk faktoru və qorunma yollarından bəhs etdiƏn çox oxunanlar09 Yanvar 2026118
-
Qış mövsümünə sağlam hazırlıqƏn çox oxunanlar12 Yanvar 2026110
-
Səhiyyə yalnız müalicə deyil, idarəetmə sənətidirƏn çox oxunanlar06 Yanvar 2026108
-
Mövsümi infeksiyalar və pnevmoniya təhlükəsi barədə xəbərdarlıqƏn çox oxunanlar07 Yanvar 2026108
-
Gözdə problem yaradan düyünlər – Xalazion nədir? - Oftalmoloqlar izah etdiƏn çox oxunanlar06 Yanvar 2026106
-
TƏBİB-ə təklif, şikayət, tələb və s. ilə bağlı necə müraciət edə bilərəm?Ən çox oxunanlar07 Yanvar 2026100
-
Sosial mediada yayılan "təhlükəli vaksin" xəbərləri yalan çıxdıƏn çox oxunanlar05 Yanvar 202698
-
Böyrək daşı əməliyyatları icbari tibbi sığorta ilə ödənişsizdirƏn çox oxunanlar06 Yanvar 202696
-
Bakıda fəaliyyət göstərən 40-dan çox həkim bu ay Şamaxı rayonunda xidmət göstərəcəkƏn çox oxunanlar07 Yanvar 202690
-
Yeni inşa olunan Füzuli Rayon Mərkəzi Xəstəxanası 2027-ci ildə istifadəyə veriləcəkƏn çox oxunanlar05 Yanvar 202688
-
Beyin ölümünün təsdiqlənmə prosesi necə aparılır?Ən çox oxunanlar05 Yanvar 202686
-
İmtiyazlı xəstələr üçün yeni aptek fəaliyyətdədirƏn çox oxunanlar12 Yanvar 202686
-
İcbari tibbi sığorta ilə həkim seçmək mümkündürmü? – Qanun nə deyir?Ən çox oxunanlar13 Yanvar 202684
-
Uşaq sığınacağında tibbi müayinələr təşkil olunubƏn çox oxunanlar09 Yanvar 202682
-
Ruh və bədən sağlamlığı üçün kiçik tövsiyəƏn çox oxunanlar07 Yanvar 202680
-
Leyla Əliyeva Maskatda Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzini ziyarət edibƏn çox oxunanlar06 Yanvar 202676
-
Arzu Bəydəmirova: Arterial hipertenziyanın müalicəsində həyat tərzi və qidalanma da mühüm rol oynayırƏn çox oxunanlar06 Yanvar 202674
-
Ötən il 54 min 500 şəxsə əlillik təyin olunubƏn çox oxunanlar12 Yanvar 202674