Fransada 22,7 milyon mRNA peyvəndli və 5,9 milyon peyvəndsiz fərdi əhatə edən bir araşdırma, peyvənd edilmiş şəxslərin COVID-19-dan ölüm riskinin %74 daha aşağı olduğunu və dörd illik bütün səbəblərdən ölümlə əlaqədar riskdə artım olmadığını ortaya qoyaraq, mRNA peyvəndlərinin təhlükəsizliyini vurğuladı.
Azmedinfo.az "JAMA Network"ə istinadən yazıb ki, COVID-19 peyvəndinin qısamüddətli ölüm səviyyəsinə təsirini qiymətləndirən bir çox araşdırma aparılsa da, xüsusilə SARS-CoV-2 infeksiyasından sonra ağır xəstəlik keçirmə ehtimalı daha az olan gənc şəxslərdə, uzunmüddətli ölüm səviyyəsini peyvənd vəziyyətinə görə müqayisə edən bir araşdırma aparılmamışdı. Fransada aparılan bu araşdırmada, COVID-19 mRNA peyvəndi ilə peyvəndlənmiş 18-59 yaş arası fərdlərlə peyvəndlənməmiş fərdlərin dörd illik bütün səbəblərdən ölümlə əlaqədar səviyyəsini müqayisə etmək məqsədi güdülmüşdür.
Bu milli kohort (qrup) araşdırmasında, 1 noyabr 2021-ci il tarixində həyatda olan 18-59 yaş arası bütün Fransa əhalisini əhatə edən Fransa Milli Sağlamlıq Məlumat Sistemi verilərinə istinad edilmişdir. Veri təhlili 2024-cü ilin iyun ayı ilə 2025-ci ilin sentyabr ayı arasında həyata keçirilmişdir.
Cəmi 22 767 546 peyvəndlənmiş və 5 932 443 peyvəndlənməmiş fərd, təxminən 45 ay ərzində izlənildi. Peyvəndlənmiş fərdlər peyvəndlənməmişlərdən daha yaşlı idi; əksəriyyəti qadın idi və daha çox kardiometabolik komorbiditələrə (müşayiət edən xəstəliklərə) malik idilər. İzləmə dövründə, peyvəndlənmiş və peyvəndlənməmiş qruplarda müvafiq olaraq 98 429 (%0,4) və 32 662 (%0,6) bütün səbəblərdən ölüm baş verdi. Peyvəndlənmiş fərdlərdə ağır COVID-19-dan ölüm riski %74 daha aşağı, bütün səbəblərdən ölümlə əlaqədar risk isə %25 daha aşağı tapıldı. Ağır COVID-19 ilə əlaqədar ölüm istisna edildikdə də oxşar bir əlaqə müşahidə edildi. Həssaslıq təhlili, peyvəndlənmiş şəxslərin ölüm riskinin səbəbindən asılı olmayaraq davamlı olaraq daha aşağı olduğunu ortaya qoydu. COVID-19 peyvəndindən sonra ilk altı ay ərzində ölüm səviyyəsi isə %29 daha aşağı müəyyən edildi.
Təxminən 28 milyon nəfəri əhatə edən milli kohort araşdırmasında, COVID-19-a qarşı peyvəndlənmiş 18-59 yaş arasındakı fərdlərdə dörd illik hər hansı bir ölümlə əlaqədar riskdə artım olmadığı müəyyən edilmişdir. Tapıntılar, dünya miqyasında geniş istifadə olunan mRNA peyvəndlərinin təhlükəsiz olduğunu dəstəkləyir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026764
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026732
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650