Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
06 İyun 2026, Şənbə, 07:38
Əlaqə vasitələri
Bizimlə əlaqə
"Agro Plant” MMC-nin idxal etdiyi tinglərdə şarka virusu aşkarlanıb
23 Fevral 2025
346
Nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin Türkiyədən idxal etdiyi nektarin tinglərindən Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub.
 
Azmedinfo.az-a verilən məlumata görə, analiz nəticəsində 38000 ədəd tingdə şarka virusu aşkarlanıb.
 
Faktla bağlı məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Hazırda aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.
 
Qeyd edək ki, şarka virusu meyvə ağaclarında, xüsusilə nektarin, şaftalı, gavalı, albalıda ciddi xəstəliklərə səbəb olur. Virus bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.
 
Ən çox oxunanlar