Mədə-bağırsaq, ürək-damar sistemi, ginekoloji və dəri xəstəlikləri üçün güclü təbii qoruyucu
11 Dekabr 2025
480
Çaytikanı yağı çox effektli müalicəvi vasitə sayılır, həm xalq, həm də ənənəvi tibdə müxtəlif xəstəliklər və pozulmalar zamanı çox geniş istifadə olunur.
Azmedinfo.az mütəxəssislərin rəyinə əsasən yazır ki, çaytikanı yağının tərkibində əvəzsiz doymamış yağlı turşular, aminturşuları (o cümlədən, insan orqanizmi üçün əvəzsiz olan valin, leysin, lizin, fenilalanin), orqanik turşular (salisil, alma, turşəng turşuları), fitonsidlər, pektinlər, vitaminlər (B qrupu, C, E, K, P), dəmir, kalsium, fosfor, sink, kükürd və s. kimi vacib mikroelementlər var.
Çaytikanı yağının spesifik parlaq narıncı rənginin səbəbi yağda çoxlu miqdarda karotinoidlərin olmasıdır. Karotinoidlərdən orqanizmdə A vitamini sintez olunur. Bu vitamin insanın sağlamlığı üçün olduqca vacibdir. Bundan əlavə çaytikanı yağı C vitamini ilə də zəngindir. A və C vitaminləri güclü antioksidantlar sayılır. Bu maddələr orqanizmdə gedən qocalma və dağılma proseslərini ləngidir, immun sistemini möhkəmləndirir, orqanizmi şiş xəstəliklərinin inkişafından qoruyur.
Çaytikanı yağı avitaminoz (vitaminlərin çatışmazlığı) zamanı müalicəvi vasitə kimi istifadə olunur. Çaytikanı yağını təbii polivitamin kompleks hesab etmək olar.
Çaytikanı yağının tərkbində olan doymamış yağlı turşular, flavonoidlər, kumarin ürək-damar sistemi üçün olduqca xeyirlidir - damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir, aterosklerozun və trombların, ürək-damar sistemində iltihabların əmələgəlməsinin qarşısını alır. Məhz bu səbəbdən çaytikanı yağı müxtəlif ürək-damar xəstəlikləri və pozulmaları zamanı köməkçi müalicəvi vasitə kimi istifadə olunur.
Çaytikanı yağı mədə-bağırsaq sistemi üçün olduqca faydalıdır. Çaytikanı yağı mədə turşusunun turşuluğunu azaldır, mədə-bağırsaq sisteminin selikli qişalarını qoruyur və onların bərpa olunmasına kömək edir. Bu yağ mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi müalicəsində çox effektli köməkçi vasitə kimi istifadə olunur. Çaytikanı yağı xoraların sağalmasına kömək edir. Xora xəstəliyindən əlavə çaytikanı yağı həmçinin qastrit, kolit, enterokolit kimi xəstəliklərin müalicəsində geniş istifadə olunur.
Şamlar şəklində olan çaytikanı yağı proktit (düz bağırsağın iltihabı), babasil zamanı istifadə olunur və çox yaxşı müalicəvi effekt verir.
Çaytikanı yağı gözlər üçün xüsusilə faydalıdır. Belə hesab olunur ki, bu yağ müxtəlif göz xəstəliklərinin (katarakta, qlaukoma və s.) inkişafının qarşısını alır. Bundan əlavə çaytikanı yağı gözün buynuz qişası travmaları və yanıqları, keratit, traxoma kimi xəstəliklərin kompleks müalicəsində köməkçi vasitə kimi istifadə olunur.
Stomatoloqlar çaytikanı yağını damaqların iltihablarının müalicəsində istifadə edirlər. Bunun üçün steril pambıq çaytikanı yağında isladılır və damaqlara qoyulur.
Çaytikanı yağı ginekologiyada da geniş istifadə olunur. Bu yağ kolpit, endometrit, vaqinit, servisit kimi xəstəliklərin kompleks müalicəsində istifadə olunur. Xüsusilə çaytikanı yağı uşaqlıq boynu eroziyası və uşaqlıq yolu selikli qişaların travmaları zamanı tez-tez istifadə olunur.
Çaytikanı yağı özünü müxtəlif dəri xəstəliklərinin (psoriaz, neyrodermit, dəmrov, ekzema, piodermiya və s.), yanıqların, xoraların müalicəsində çox yaxşı göstərib. Ənənəvi tibb həmçinin bu yağı müxtəlif yanıqların (gün, termik, kimyəvi), çətin sağaldılan yaraların, yataq xəstələrində əmələ gələn yaraların müalicəsində geniş istifadə edir.
Müxtəlif xəstəliklərin, avitaminozların profilaktikası məqsədi ilə hər gün yatmazdan əvvəl 1 çay qaşığı çaytikanı yağı qəbul etmək lazımdır.
Bəzi xəstəliklər zamanı çaytikanı yağının qəbulu əks-göstərişdir və bu səbəbdən qəbuldan əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Çaytikanı yağı kosmetologiyada müxtəlif kremlərin və kosmetik maskaların tərkibində geniş istifadə olunur. Çaytikanı yağı üz dərisini yumşaldır, qidalandırır, daha elastik edir, xırda qırışları yox edir, ağardır, piqment ləkələri və çilləri daha az görünən edir.
Çaytikanı yağı həmçinin saçların vəziyyətinə çox müsbət təsir edir. Həftədə 1 dəfə saçların köklərinə çaytikanı yağı sürtün və 30 dəqiqədən sonra saçlarınızı yuyun. Saçlarınız daha canlı, sağlam və parlaq olacaq.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654