Həkim-uroloq İsmayıl Hüseynovdan böyrək daşının yaranma səbəbləri və müalicəsi haqqında tövsiyələr
11 Dekabr 2025
870
Böyrək daşı, böyrəklərdə və ya sidik yollarında mineralların və duzların yığılaraq bərk kütlə “daş” halına gəlməsi ilə yaranan bir vəziyyətdir.
Azmedinfo.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Urologiya şöbəsinin həkim-uroloqu İsmayıl Hüseynovun sözlərinə görə, böyrək daşı xəstəliyi uroloji xəstəliklər arasında ilk üçlükdə yer alır və ölkəmizdə hər yaş qrupunda müşahidə olunur.
"Böyrək daşları adətən sidiyin tərkibindəki kalsium, oksalat və sidik turşusu kimi maddələrin normadan artıq olması və ya sidiyin kifayət qədər duru olmaması nəticəsində yaranır. Buna az su içmək və susuz qalmaq, isti iqlim və çox tərləmə, sidik yollarında infeksiyalar, irsi meyillilik, hərəkətsiz həyat tərzi və bəzi dərmanların uzunmüddətli qəbulu səbəb ola bilər", - deyə həkim qeyd edib.
Ekspert bildirib ki, böyrək daşı xəstəliyinin ən çox rast gəlinən əlaməti bel və yan nahiyədə başlayan, qasıq nahiyəsinə yayılan və şiddəti artıb-azalan ağrılardır. Bu tip ağrı “renal kolika” adlanır və xəstələrdə çox vaxt güclü olur. Böyrək daşı diaqnozu ultrasəs müayinəsi, kompüter tomoqrafiyası və laborator analizlərin birgə qiymətləndirilməsi ilə qoyulur.
Həkim böyrək daşının müalicə üsullarından da danışıb: "Böyrək daşının müalicəsi bir sıra faktorlardan asılı olaraq fərqlənir. Böyrək daşının müalicəsi daşın yerləşdiyi yerinə, ölçüsünə, böyrəkdə genişlənmə yaratmasına, böyrək funksiyasına təsirinə və infeksiya olub-olmamasına əsasən planlaşdırılır. Müəyyən ölçüdən böyük olan, tibbi müalicəyə baxmayaraq özü düşməyən daşlarda və ya ağrısı nəzarət altına alınmayan xəstələrdə isə təcili müdaxilə tələb oluna bilər."
Sonda həkim vurğulayıb ki, böyrək daşı xəstəliyindən qorunmaq üçün həyat tərzinə diqqət etmək vacibdir. Vaxtında diaqnoz və müdaxilə ağır fəsadların qarşısını almağa kömək edir.
Sonda həkim vurğulayıb ki, böyrək daşı xəstəliyindən qorunmaq üçün həyat tərzinə diqqət etmək vacibdir. Vaxtında diaqnoz və müdaxilə ağır fəsadların qarşısını almağa kömək edir.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654