Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
24 İyul 2026, Cümə, 06:13
Əlaqə vasitələri
Bizimlə əlaqə
Ərciyəs Universiteti yeni peyvəndlə bağlı uğurlu addım atıb
15 Dekabr 2025
360
Ərciyəs Universiteti yeni peyvəndlə bağlı uğurlu addım atıb

 

 

Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri professor Erol Özvar, Ərciyəs Universitetinin qızdırma qanamalı qanqrenə qarşı yerli və milli peyvənd işlərində kliniköncəsi prosesin tamamlandığını açıqlayıb.

 

Azmedinfo.az "TRT Haber"ə istinadən yazır ki, YÖK sədri Özvar, sosial media hesabından verdiyi açıqlamada deyib: "TURKOVAC peyvəndini inkişaf etdirərək Türkiyənin elmi potensialına dair güclü bir nümunə ortaya qoyan Ərciyəs Universiteti, indi də qızdırma qanamalı qanqrenə qarşı yerli və milli peyvənd işlərində kritik bir mərhələni uğurla tamamladı. Kliniköncəsi prosesi tamamlanan bu əhəmiyyətli işin, Faza-1 mərhələsinə doğru irəliləməsi, xalq sağlamlığı baxımından olduğu qədər, elmi baxımından da böyük bir nailiyyətdir."

 

Erol Özvar, işdə əməyi keçən Ərciyəs Universiteti Peyvənd Araşdırma və İnkişaf Tətbiq və Araşdırma Mərkəzini və xüsusilə Prof. Dr. Aykut Özdarendeli başda olmaqla bütün elm adamlarını ürəkdən təbrik edərək, Türkiyə adına qürur duyduqlarını bildirib.

Ən çox oxunanlar