İnfeksiya xəstəlikləri üzrə mütəxəssis Dr. Sonqül Özer mutasiyaya uğramış H3N2 qripi (İnfluenza) virusunun daha sürətlə yayıldığı barədə xəbərdarlıq edərək, peyvəndin ən təsirli qorunma yolu olduğunu bildirdi.
Azmedinfo.az "Yeni Şafak" nəşrinə istinadən xəbər verir ki, ekspert H3N2-nin yüksək dərəcədə yoluxucu olduğunu və həm heyvanlarda, həm də insanlarda infeksiya yaratma potensialına malik olduğunu qeyd etdi.
İnfluenza A viruslarının sürətli mutasiya qabiliyyəti sayəsində virüsün immun sistemi tərəfindən tanınması çətinləşir və bu da hər il yeni qrip epidemiyasının yaranmasına səbəb olur. Yeni virus tənəffüs yollarına təsir edir və qızdırma, əzələ ağrısı, yorğunluq kimi simptomlara yol açır.
Həkim bildirdi ki, bu yeni virus variantı yayda Avstraliyada, Cənub Yarımkürəsində ortaya çıxıb, payız və qışda isə Yaponiya, ABŞ, Kanada, İngiltərə və digər Avropa ölkələrində yayılmağa başlayıb. Mütəxəssis, bu vəziyyətin yalnız Avropa ilə məhdudlaşmayacağı və bütün dünyaya yayıla biləcəyi barədə xəbərdarlıq etdi. Əvvəllər məlum olan H3N2 ilə müqayisədə, bu ilki variant bir az daha sürətli yayılır. Bildirilən halların əksəriyyəti yüngül yuxarı tənəffüs yolu infeksiyası şəklində olsa da, uşaqlarda daha tez-tez rast gəlinir və xroniki xəstəliyi olan risk qruplarında pnevmoniya (sətəlcəm) kimi ağır fəsadlara səbəb ola bilər.
Dr. Sonqül Özer bildirdi ki, müalicənin əsasını bol maye qəbulu, yataq istirahəti və simptomları yüngülləşdirmək üçün ağrıkəsicilərdən istifadə təşkil edir. Yüksək risk qrupunda olanlarda və ya ağır hallarda həkim məsləhəti ilə antiviral dərmanlar istifadə edilə bilər. Qorunmanın ən təsirli yolu isə peyvənndir və virus tez-tez mutasiyaya uğradığı üçün peyvəndin hər il təkrarlanması tövsiyə olunur. Əl gigiyenası, birdəfəlik salfetlərdən istifadə və xəstə şəxslərlə yaxın təmasdan qaçınmaq da yoluxmanın qarşısını almaqda əsas addımlardır.
İnfluenza A viruslarının bir alt qrupu olan H3N2, həm heyvanlarda, həm də insanlarda infeksiya yaratma potensialına malikdir. Həkim H3N2-nin yüksək dərəcədə yoluxucu, daha çox mövsümi qrip olaraq bilinən xəstəliyə səbəb olan viral alt tip olduğunu bildirdi.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026786
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026754
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654